Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 11:43

Ukraynanın şərqində 5 nəfər öldürülüb


Donetskdə məktəbdə təlim, arxiv fotosu

Ukraynanın şərqində rusiyapərəst separatçılarla toqquşmalarda iki əsgərin öldürüldüyü, bir nəfərin yaralandığı bildirilir.

Müdafiə Nazirliyinin oktyabrın 17-də bildirməsinə görə, separatçılar son 24 saat ərzində atəşkəsi 19 dəfə pozublar, pulemyotlardan, qumbaraatanlardan, minaatanlardan atəş açıblar.

Nazirlik hökumət qüvvələrinin üç separatçını öldürdüyünü, ikisini yaraladığını qeyd edir.

Separatçılar isə hökumət tərəfin atəşkəsi 27 dəfə pozduğunu, eyni növ silahlardan atəş açdığını deyir.

2014-cü ilin aprelindən Ukraynanın Donetks və Luqansk regionlarında toqquşmalarda 10 min 300-dən çox adam öldürülüb.

XS
SM
MD
LG