Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 11:22

Seçkiyə daha bir namizəd öldürülüb


Seçkiyə hazırlıq gedir

Oktyabrın 17-də Əfqanıstanda parlament seçkisinə daha bir namizəd öldürülüb.

Abdul Jabar Qahraman Helmand vilayətindəki ofisində partlayışda həlak olub. Rəsmilər onun ofisində divanın altına bomba qoyulduğunu bildirir.

Hücuma görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb. Helmand Taliban istehkamıdır.

Partlayışda daha yeddi nəfərin yaralandığı bildirilir.

Qahraman ofisində tərəfdarları ilə görüş keçirirmiş.

Əfqanıstanda parlament seçkisi oktyabrın 20-nə planlaşdırılır. İndiyədək azı 10 namizəd qətlə yetirilib.

Kunduz vilayətində isə Almaniyanın hərbi nəqliyyat vertolyotuna atəş açılıb, xəsarət alan olmayıb.

Dünən – oktyabrın 6-da iki ayrı-ayrı hücumlarda onlarla əfqan polis əməkdaşı qətlə yetirilib. Hücumlara görə məsuliyyəti Taliban üzərinə götürüb.

XS
SM
MD
LG