Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:21

Zorakı ekstremizm təhdidi ‘azalmayıb’


Joseph F. Dunford, arxiv fotosu

Zorakı ekstremist qrupların təhlükəsizliyə yaratdıqları hədə azalmayıb, baxmayaraq ki, Vaşinqton son vaxtlar diqqəti Çin, Rusiya və İrandan artmaqda olan təhdidə yönəldib. Belə bir xəbərdarlıqla Birləşmiş Ştatların Baş qərargah rəisi, general Joseph Dunford oktyabrın 16-da Vaşinqtonda beynəlxalq konfransda çıxış edib.

General deyib ki, Al-Qaeda və İslam Dövləti qruplaşmalarına hərbi təzyiqin istənilən formada yüngülləşməsi onlara özünübərpa imkanı verəcək.

Son illər bu qrupların Qərbdə törətdikləri terror hücumlarının sayı azalıb, İraq, Suriya, Əfqanıstanda tutduqları ərazilər də kiçilib. Ancaq Dunford deyir ki, belə qruplara üzvlüyə əsas verən sosial və siyasi şərtlər dəyişməyib. Üstəlik, qruplaşmalar internet və digər texnologiyalar vasitəsilə uzaq gizli məkanlarda hücumları həvəsləndirirlər.

Bu gün qarşımızda duran ən böyük problem özündənrazılıqdır. Bu gün proqresimizi yanlış yozmaq, hədənin xarakterini yanlış anlamaq siyasi liderlərin diqqətinin zorakı ekstremizmdən yayınmasına, digər problemlərə yönlənməsinə səbəb olar”, – general vurğulayıb.

XS
SM
MD
LG