Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 02:34

Çeçen-inquş sərhəd razılaşması qüvvəyə minir


Ramzan Kadyrov və Yunus-bek Yevkurov (öndə soldan sağa)

Çeçenistan-İnquşetiya administrativ sərhəd razılaşması İnquşetiyada bu sənədə qarşı etirazların davam etməsinə baxmayaraq qüvvəyə minib. Bunu Çeçenistan parlamentinin spikeri deyib.

Magomed Daudov VKontakte sosial şəbəkəsində razılaşmanın oktyabrın 16-dan qüvvəyə mindiyini yazıb, onu “tarixi” sənəd adlandırıb.

Bu arada İnquşetiya paytaxtı Maqasda oktyabrın 4-dən başlanan kütləvi etiraz davam edir. Etirazçılar səkkiz təmsilçi seçdiklərini, onların məsələni prezidentin Şimali Qafqaz üzrə elçisi Aleksandr Matovnikov ilə bu gün Pyatiqorsk şəhərində müzakirə edəcəyini deyiblər.

Etirazçıların fikrincə, bu saziş İnquşetiyanın bəzi hissələrinin ədalətsizcəsinə Çeçenistana verilməsini nəzərdə tutur. Sənəd sentyabrın 26-da bağlı qapılar arxasında Çeçenistan və İnquşetiya liderləri Ramzan Kadyrov və Yunus-Bek Yevkurov arasında imzalanıb.

Etirazçılar Yevkurov-un istefasını, razılaşma üzrə referendum keçirməyə çağırırlar. Rəsmilər sənədin imzalanandan bir neçə gün sonra hər iki regionun parlamentləri tərəfindən təsdiqləndiyini bildirirlər.

Ancaq etirazlar başlananda İnquşetiyadan deputatlar razılaşmanı təsdiqləmədiklərini dedilər.

XS
SM
MD
LG