Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

İran neft ixracı itkisini necə doldurur


İranın neft ixracı kəmərləri
İranın neft ixracı kəmərləri

Birləşmiş Ştatlardan gözlənən sanksiyalar ucbatından İran müştərilərinin bir qismini itirib, amma qiymətlərin bahalığı satışın azalmasını kompensasiya edir. Bunu İranın vitse-prezidenti Eshaq Jahangiri deyib.

“Bəzi ölkələrin İrandan neft almağı dayandırmasına baxmayaraq, yeni tərəfdaşlar tapmışıq”, – o, oktyabrın 15-də İranın IRIB televiziyasına deyib.

“GƏLİRİMİZ DƏYİŞMƏYƏCƏK”

Amerika düşünür ki, bu nefti Səudiyyə Ərəbistanı verəcək. Ancaq indi İran neftinin barelinin qiyməti 80 dollara çatıb, əvvəlki ixracın yarısı qalsa da, gəlirimiz dəyişməyəcək”, – vitse-prezident vurğulayıb.

Jahangiri onu da deyib ki, İrandan neft idxalını dayandırmış bəzi ölkələr bu ölkədən enerji alışını dolayısı ilə davam etdirməyin yollarını axtarırlar.

Eshaq Jahangiri
Eshaq Jahangiri

Gedişat onu göstərir ki, Birləşmiş Ştatlar “İranın neft ixracını sıfıra endirə bilməyəcək”, vitse-prezident vurğulayıb.

Qeyd edək ki, İranın neft ixracını hədəfləyən sanksiyalar noyabrın 5-dən qüvvəyə minir.

ABŞ rəsmiləri isə İranın neft ixracını “sıfır” səviyyəsinə salmaq istədiklərini deyiblər. Elə Jahangiri-nin sözləri də ölkənin neft ixracının yarıbayarı azalmasının dolayısı yolla etirafıdır. Apreldə ixrac günə pik həddə – 2,5 milyon barrelə çatmışdı.

Beynəlxalq Valyuta Fondunun ötən həftə açıqlamasına görə, sanksiyalar artıq İranın neftə söykənən iqtisadiyyatında durğunluq yaradıb.

SANKSİYALARDAN YAN KEÇMƏK ÜSULLARI

İran Milli Neft Şirkəti elan edib ki, dörd il öncə, qlobal sanksiyaların son raundu zamanı neft satışında istifadə etdiyi neft mübadiləsini işə salır. Neft mübadiləsi mexanizmi ABŞ sanksiyalarından yan keçməyə imkan verir. Bu, özəl şirkətlərə imkan verəcək ki, Tehranda hərracda xam neft alsınlar və onu açıq bazarda satsınlar.

İrandan Asiyaya neft ixracı
İrandan Asiyaya neft ixracı

Sanksiyalar 2015-ci ildə nüvə sazişi imzalanandan sonra qaldırıldı.

ABŞ mayda nüvə sazişindən çıxdığını, sanksiyaları bərpa etdiyini bəyan edib.

The Time of Israel” yazır ki, İran ola bilsin, ötən ay Rusiyayla da razılaşma əldə edib. Yəni, Rusiya İranın xam neftini alacaq, onu emal edib qlobal alıcılara satacaq. Bu, neftin Rusiya bazarlarında “yuyulması” vasitəsilə ABŞ sanksiyalarından yayınmağın daha bir üsuludur.

Reuters-in oktyabrın 15-də xəbər verməsinə görə, neft tankerləri İran neftini Çinə, Hindistana, Türkiyə və İtaliyaya daşımaqdadır.

Oktyabrın birinci həftəsində İrandan neft ixracı günə ortalama 1,1 milyon barrel olub.

Neft təhlilçiləri apreldən bəri neftin barrelinin 80 dollaradək qalxmasını qismən İrandan neft ixracının azalmasıyla bağlayırlar. Amma Birləşmiş Ştatların İran üzrə xüsusi elçisi Brian Hook oktyabrın 15-də Parisdə jurnalistlərə deyib ki, bazar İran nefti olmadan da yaxşı keçinir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG