Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Makedoniya parlamenti ölkənin ad məsələsini müzakirəyə çıxarır


Zoran Zaev parlamentdə çıxış edir, 15 oktyabr, 2018-ci il
Zoran Zaev parlamentdə çıxış edir, 15 oktyabr, 2018-ci il

Oktyabrın 15-də Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsilə bağlı konstitusiyaya təklif olunan düzəlişləri müzakirəyə çıxarıb.

İyunda Makedoniya və Yunanıstan hökumətləri bu keçmiş Yuqoslaviya respublikasının Şimali Makedoniya Respublikası adlandırılması üzrə razılığa gəliblər. Ölkənin adı dəyişdirilsə, onun NATO və Avropa Birliyinə yolu da açılar.

İndiyədək Yunanıstan Makedoniya adına qarşı çıxırdı, bu adın özünün şimalındakı eyniadlı vilayətə ərazi iddiasını ortaya qoyduğunu deyirdi.

Sentyabrın 30-da keçirilən referendum etibarsız sayıldı, çünki seçicilərin cəmi 34 faizi səsverməyə getdi. Ancaq qatılanların 90 faizdən çoxu Yunanıstanla razılaşmanı dəstəkləmişdi.

Makedoniya parlamentinin konstitusiya məsələləri üzrə komitəsinin iclası
Makedoniya parlamentinin konstitusiya məsələləri üzrə komitəsinin iclası

ZAEV DƏSTƏK GÖRƏCƏKMİ?

Referendumun alınmamasına baxmayaraq, Baş nazir Zoran Zaev Makedoniyanın adının dəyişdiriləcəyini, Yunanıstanla razılaşmaya uyğun olaraq konstitusiyaya düzəliş olunacağını bildirib.

Təklifin parlamentdən keçməsi üçün ona 120 deputatdan 80-i səs verməlidir, ancaq Zaev və onun hakim koalisiyasının azı 10 səsi çatışmır.

Bundan ötrü Zaevə millətçi VMRO-DPMNE müxalifət partiyasından azı 10 deputatın səsi gərəkəcək.

VMRO-DPMNE isə təklif olunan düzəlişlərə qarşı çıxır.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini Makedoniya İnformasiya Agentliyinə müsahibəsində Afina və Skopyenin əldə etdiyi razılaşmaya dəstəyini bildirib, deyib ki, bu, “Qərbi Balkanlarda barışıq üçün unikal fürsət yaradır, bir daha heç vaxt ələ düşməyə bilər”.

22 ay öncə hakimiyyətə gəlmiş Zaev isə düzəlişlər parlamentdən keçməzsə, erkən seçki çağıracağını bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG