Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:37

Nəzarətçi həkimlər və ət satanlar həbs edilib


Ət

Bakıdakı satış mərkəzlərində gigiyenik və sanitar normaların tələblərinə uyğun olmayan heyvan cəmdəklərinin aşkar edildiyi bildirilir.

Baş ProkurorluqQida Təhlükəsizliyi Agentliyi oktyabrın 15-də bununla bağlı birgə açıqlama yayıb.

Açıqlamaya görə, Nəsimi rayonu, S.Vurğun küçəsindəki iki satış məntəqəsində ümumi çəkisi 2449 kiloqram 23 baş iribuynuzlu (inək) və 42 kiloqramlıq 2 baş xırdabuynuzlu (qoyun) heyvanın cəmdəyi aşkar edilib.

«Agentliyin müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində ətlərin kəskin qoxulu, ağır xəstə və ya tələf olduqdan sonra kəsilmiş istehlaka yararsız heyvanlara məxsus olduğu müəyyən edilib», - açıqlamada yazılır.

Fakt üzrə Cinayət Məcəlləsinin 29. 178-ci (Dələduzluq), 29. 200 (İstehlakçıları aldatmaya cəhd) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.

Agentliyin 5 saylı qida nəzarət məntəqəsinin həkimi Xaspolad Mirimov, Əlican Quliyev və daha 4 şəxs həbs edilib.

Açıqlamada adları çəkilən şəxslərin və ya vəkillərinin ittihama münasibətini, hələlik, öyrənmək mümkün olmayıb.

Xatırlatma

Qida Təhlükəsizliyi Agentliyi 2017-ci ilin fevralında yaradılıb.

Qurum ərzaq məhsullarının təhlükəsizliyinin tənzimlənməsi, risklərin təhlili, gigiyenik sertifikatlaşdırma və xarici ölkələrə ixrac edilən məhsullara keyfiyyət sertifikatlarının verilməsinin təmin edilməsi ilə məşğul olur.

Multimedia

XS
SM
MD
LG