Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:58

Kimyəvi silahlarla bağlı sanksiyalar təsdiqlənib


Suriyanın Duma şəhərinin də kimyəvi silah hücumuna məruz qaldığı iddia olunurdu

Avropa Birliyinin xarici işlər nazirləri dünya əhalisini kimyəvi silahlarla hədəfə alan yeni sanksiyalar rejimini təsdiqləyib.

Oktyabrın 15-də verilmiş qərar AB-yə icazə verir ki, kimyəvi silahların hazırlanması və istifadəsinə görə milliyyətindən və yerləşdiyi məkandan asılı olmayaraq adamların və qurumların aktivlərini dondursun, yaxud onlara viza qadağaları qoysun.

İndiyədək Suriya prezidenti Bashar al-Assad-ın kimyəvi silahlardan dəfələrlə istifadə etməsi barədə məlumatlar yayılıb. Martda Britaniyanın Solsberi şəhərində rusiyalı ikili agent Sergei Skripal və qızı Yulia Novichok adlı sinir qazıyla zəhərlənib. London buna görə Moskvanı ittiham edib, amma sonuncu ittihamları rədd edib.

Oktyabrın 18-də AB-nin Brüsseldə sammiti öncəsi AzadlıqRadiosu-nun əməkdaşı qəbul olunacağı gözlənən sənədin layihəsini görüb. Layihəyə görə, AB liderləri “müvafiq fərdlərin və qurumların siyahısının hazırlanmasını səbirsizliklə gözləyirlər”.

Sammitdə kiberhücumlarla mübarizə məqsədilə də başqa bir sanksiya rejiminin hazırlanmasının müzakirəsi gözlənir. Britaniya və Niderland hakimiyyətinin bu ayın əvvəlində bildirməsinə görə, apreldə rusiyalı agentlər Kimyəvi Silahların Qadağanı Təşkilatına haker hücumuna cəhd ediblər.

XS
SM
MD
LG