Oktyabrın 15-də Rus Pravoslav Kilsəsi Belarusun paytaxtı Minskdə sinod iclası keçirir. Əsas müzakirə mövzusu Ukraynanın Pravoslav Kilsəsinin müstəqilliyini elan etməsidir.
Dünya pravoslav icmasının lideri sayılan Konstantinopol patriarxı Varfolomey (Patriarch Bartholomew) oktyabrın 11-də Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyini tanıyıb.
Rusiya Pravoslav Kilsəsi bu qərarı “fəlakətli” adlandırıb.
Minskdəki yığıncağı Rus Pravoslav Kilsələrinin rəhbəri Kirill çağırıb. “Çox vacib toplantı olacaq, Ukraynadakı durumla bağlı müəyyən qərarlar qəbul olunacaq”, – Kirill iclasdan öncə deyib.
“Ümid edirəm, Pravoslav Kilsəsi böhranı üstələyə biləcək, vəhdəti qoruyub saxlayacaq”, – Rusiya mediasının yazmasına görə, Kirill oktyabrın 13-d Minskdə deyib.
Kirill-in sözçüsü Varfolomeyin verdiyi qərara “sərt və uyğun” cavabı elan edib.
Oktyabrın 13-də kilsənin xarici əlaqələr üzrə rəhbəri Metropolitan Ilarion Rossiya 24 televiziyasına deyib ki, bu addım Moskva Patriarxlığını Konstantinopol Patriarxı Varfolomeylə birliyə son qoymağa məcbur edib.
Bu məsələ oktyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin yanında Rusiya Təhlükəsizlik Şurasında da müzakirə olunub.
Kreml daha öncə bu məsələdən narahatlığını bildirmişdi, demişdi ki, Rusiya Ukraynadakı pravoslavların maraqlarını qoruyacaq.
Oktyabrın 14-də minlərlə adam Kiyevdə mərkəzi meydana toplaşıb, Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verilməsinə dair Varfolomeyin qərarına görə şükranlıq duası səsləndirib.