Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 07:27

Brexit danışıqları razılaşmasız bitdi


Theresa May, arxiv fotosu

Britaniya və Avropa Birliyi (AB) qurumun gözlənən sammiti ərəfəsində Brexit razılaşmasını əldə edə bilməyib.

Oktyabrın 14-də AB-nin təmsilçisi Michel Barnier və Britaniyanın Brexit naziri Dominic Raab arasında, AB-nin Brüsseldəki 27 elçisinin iştirakıyla görüş keçirilib. Belə bir gözlənti vardı ki, Britaniyanın AB-dən çıxışının şərtlərini müəyyənləşdirəcək razlaşmanın əldə olunması qaçılmazdır.

Amma Barnier Twitter-də yazıb ki, “gərgin səylərə baxmayaraq, bəzi əsas məsələlər hələ də açıq qalır”.

Onun sözlərinə görə, tərəfləri ayıran əsas məsələ Brexit-dən sonra Böyük Britaniyaya daxil Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında “sərhədin möhkəmləndirilməsindən qaçmaqdır”.

Britaniya hökuməti “həlledilməmiş məsələlərin” hələ qaldığın bildirsə də, razılaşmaya doğru “real irəliləyişin” gerçəkləşdirildiyini bildirib.

İrlandiya AB üzvüdür və hazırda Şimali İrlandiya ilə sərhədində qaydalar sərt deyil, gömrük qaydaları da tətbiq olunmur. AB sərhədin “yumşaqlığını” saxlamaq istəyir.

Britaniyanın Baş naziri Theresa May isə üzvü olduğu Mühafizəkarlar Partiyasının təzyiqi altındadır, ondan AB-yə özəlliklə sərhəd məsələsində heç bir güzəştə getməməyi tələb edirlər.

Oktyabrın 17-də AB-nin sammiti başlanır.

Britaniyanın birlikdən çıxması gələn ilin martına planlaşdırılır.

XS
SM
MD
LG