Ukrayna ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Niderland, Polşa, Rumınya və Estoniya ilə birgə hərbi-hava tlimləri keçirir.
Bu müstəqillik qazandıqdan sonra ölkənin keçirdiyi ilk çoxmillətli təlimdir.
Reutersin məlumatına görə, oktyabrın 8-dən başlayan “Açıq səma 2018” təlimləri ayın 19-dək davam edəcək.
Təlimlər Kiyevin 320 kilometrliyindəki Starokonstantiniv hərbi-hava bazasında keçirilir.
Pilotlar oktyabrın 12-də müxtəlif şəraitlərdə uçuş və eniş edib, hərbi qulluqçuların evakuasiyasını məşq ediblər.
Hərbi təlimlərdə Ukraynanın SU-24, SU-27 və MİG-29 təyyarələri, Həmçinin ABŞ hava qüvvələrinin F-15 qırıcıları iştirak ediblər.