Bolqarıstanlı televiziya jurnalisti Viktoria Marinova-nın zorlanması və öldürülməsində şübhəli bilinən şəxs bir neçə günə Bolqarıstana təhvil veriləcək. Bunu Almaniya məhkəməsi oktyabrın 12-də bildirib.
Almaniyanın Tselle ali regional məhkəməsinin bəyanatına görə, 20 yaşlı şübhəli dindirilmə zamanı deyib ki, “qurbanı öldürmək fikri olmayıb, onu zorladığını da boynuna almayıb”.
“Saxlanmış şəxs məhkəmədə deyib ki, 2018-ci il oktyabrın 6-da qurbanla şifahi mübahisəsi olub”, – bəyanatda deyilir.
Məhkəmənin bildirməsinə görə, şübhəli alkoqol və narkotik maddələrin təsiri altında olduğunu, Marinovanı sifətindən vurduğunu, “onun yerə yıxıldığını” etiraf edib.
O deyib ki, jurnalisti yerdən götürərək kolluğa atıb və hadisə yerini tərk edib.
Almaniya hakimiyyəti oktyabrın 9-da Bolqarıstan hakimiyyətinin xahişilə saxlanmış şübhəlinin adını açıqlamayıb
Amma Bolqarıstan tərəf onun Ruze şəhər sakini Severin Krasimirov olduğunu deyirlər.
Onun oktyabrın 21-dək təhvil verilməsi gözlənir.
Marinova Bolqarıstanın TVN televiziyasında “Detektor” adlı tok-şouya aparıcılıq edirdi.
Müstəntiqlər jurnalistin qətlilə peşəsi arasında bağlılıq görmədiyini bildirib.
Hakimiyyət jurnalistin başına dəyən zərbələrdən və boğulmadan ödlüyünü bəyan edib. Onu həm də zorlayıblar.