Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 16:36

Bakıda gecə qəzet redaksiyasına giriblər


«Novoye Vremya» qəzetinin redaksiyası

Oktyabrın 11-dən 12-nə keçən gecə Bakıda rusdilli «Novoye Vremya» qəzetinin redaksiyasına giriblər.

Bu haqda AzadlıqRadiosuna qəzetin təsisçisi Musa Ağayev məlumat verib. Onun sözlərinə görə, kimliyi bəlli olmayan şəxs və ya şəxslərin redaksiyanın ofisinə girməsindən səhər saatlarında xəbər tutublar. Ofisə gələn işçilər redaksiya avadanlıqlarının, sənədlərin alt-üst edildiyinin şahidi olublar.

Olayla bağlı polisə məlumat verilib. Təsisçinin sözlərinə görə, günün birinci yarısında Nərimanov Rayon Polis İdarəsinin 30-dan çox əməkdaşı redaksiyada araşdırma aparıb.

«Polis əməkdaşları araşdırmalarını başa çatdırdılar, əl izləri götürüldü. Müəyyən edildi ki, redaksiyaya pəncərənin «reşotka»sını əyərək daxil ola biliblər, pəncərələrdən biri yarıaçıq olub. Hələlik, dəqiq motiv bəlli deyil. Ancaq polislər ilkin ehtimal kimi oğurluq versiyasını qeyd edirlər. Kompüterlər, digər texniki avadanlıqlar yerindədir, aparmayıblar. Yalnız suvenir əşyaların aparıldığını müəyyən etmişik», - təsisçi deyib.

O, özlərinin hər hansı ehtimallarının olmadığını ifadə edib. Bildirib ki, təsisçisi olduğu media heç vaxt şəxsi motivli məzmun paylaşmayıb, daima ictimai-siyasi məzmunlu yazılar yayılıb.

Rəsmi qurumlar, hələlik, olayla bağlı hər hansı məlumat yaymayıblar.

Məsələyə ayrılıqda da Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG