Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:52

20 məhbusun biləyini kəsdiyi bildirilir


Omskda qiyam olmuş 6 saylı koloniya
Omskda qiyam olmuş 6 saylı koloniya

Rusiyalı insan haqları fəalı ölkənin pis ad çıxarmış Vladimir Mərkəzi həbsxanasında 20 məhbusun biləyini kəsdiyini, bunu “işgəncə koloniyası”na planlaşdırılan transferlərinə etiraz etdiyini bildirir.

Sankt Peterburqda mənzillənən Vətəndaş Hüquqları Komitəsinin rəhbəri Boris Panteleyev oktyabrın 12-də Facebook-da yazıb ki, məhbusların Moskvadan 200 kilometr şərqdə yerləşən Vladimir şəhərindəki 3 saylı islah əmək koloniyasına köçürülmələrinə etiraz etmək üçün başqa yolları qalmayıb.

“Keçmiş məhbusların və qohumlarının saysız bəyanatlarına əsasən həmin müəssisənin işgəncə koloniyası olduğunu söyləmək olar, məhbuslar burada döyülür, onlara işgəncə verilir, öldürülürlər (məsələn, məhbus Gor Avakimyan orada qətlə yetirilib), zorlanırlar”, – Panteleyev yazıb.

Döyülmə videosu yayılmış Yevgeny Makarov (sağda) həbsdən buraxılır, 2 oktyabr, 2018-ci il
Döyülmə videosu yayılmış Yevgeny Makarov (sağda) həbsdən buraxılır, 2 oktyabr, 2018-ci il

O, insan haqları təşkilatlarının Rusiya Federal Penitensiar Xidmətinə məktub yazaraq məhbusların durumu barədə əlavə informasiya istədirklərini qeyd edib.

Təcridxana isə bu iddiaları təkzib edib.

Vladimir regionunun ombudsmanı Lyudmila Romanova TASS agentliyinə deyib ki, durumu araşdırmaq üçün həbsxanaya baş çəkməyi planlaşdırır.

Bir neçə gün öncə Sibirin Omsk şəhərindəki həbsxanada məhbuslar qiyam qaldırmışdı. Onların qohumları və insan haqları müdafiəçiləri məhbusların nəzarətçilər tərəfindən döyülməyə etiraz etdiklərini bildirmişdi.

İyuldan bəri Rusiya həbsxanalarında işgəncə məsələsi gündəmə gəlir. O zaman Yaroslavl regionunda 17 nəzarətçinin bir məhbusu döydüyünü göstərən video yayılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG