Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 16:27

John Bolton Azərbaycana gəlir


John Bolton

Birləşmiş Ştatlar Prezidenti Donald Trump-ın milli təhlükəsizlik müşaviri John Bolton Azərbaycana gəlir.

Bu barədə o, Twitter hesabında yazıb.

Oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyəm. Həmkarlarım və digər yüksəkçinli rəsmilərlə görüşərək bir sıra təhlükəsizlik məsələləri üzrə Amerikanın maraqlarını təşviq edəcəyəm”, – Bolton yazıb.

John Bolton bu ilin martında Donald Trump-ın milli təhlükəsizlik müşaviri elan olunub.

George W. Bush-un administrasiyasında silahlara nəzarətə rəhbərlik edən Bolton 2003-cü ildə İraqa müdaxilənin hərəkətverici qüvvəsi olub. Bolton da Trump kimi ABŞ-ın İranla 2015-ci il nüvə sazişindən çıxmasına tərəfdar idi və Trump mayda həmin sazişdən çıxdığını elan elədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG