Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 00:43

Amerikalı pastor sərbəst buraxılıb


Andrew Brunson, arxiv fotosu

Türkiyə məhkəməsi yevangelist pastor Andrew Brunson barəsində ev dustaqlığını ləğv edib, ölkədən çıxışına yasaq götürülüb.

Pastora terrorçuluq ittihamları il 3 il həbs cəzası kəsilib. Amma cəzasının bir hissəsini artıq çəkdiyindən sərbəst sayılır və Birləşmiş Ştatlara qayıda bilər.

Vaşinqton avqustda Türkiyənin iki rəsmisinə sanksiyalar qoydu, Türkiyədən polad və alüminium idxalına tarifləri ikiqat qaldırdı.

***

Son vaxtlar Ankara və Vaşinqton arasında diplomatik qalmaqal mərkəzi olmuş amerikalı pastor yenidən Türkiyədə məhkəmə qarşısına çıxarılıb. Ona qarşı terrorçuluq ittihamlarına yenidən baxılır. Birləşmiş Ştatlar Ankaranı sanksiyalarla hədələdiyindən müşahidəçilər keşişin buraxılma ehtimalını götür-qoy edirlər.

Andrew Brunson-a qarşı məhkəmənin dördüncü iclası oktyabrın 12-də İzmir şəhəri yaxınlığındakı həbsxana kompleksində keçirilir.

50 yaşlı pastora qarşı terrorçuluq və casusluq ittihamları sübuta yetirilsə, onu 35 ilədək həbs cəzası gözləyir.

Dövlət ittihamçıları Brunson-u terror qrupları adından cinayətlər törətməkdə, kürd yaraqlı qrupuyla bağlılıqda, ABŞ-da mənzillənən türkiyəli ilahiyyatçı ilə əlaqələrdə ittiham edir. Türkiyə hökuməti Fethullah Gulen-in 2016-cı ilin iyulundakı uğursuz çevriliş cəhdinin arxasında durduğunu bildirir, amma Gulen bu ittihamları rədd edir.

20 ildən çox Türkiyədə yaşamış Brunson isə ittihamları qəbul eləmir.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert oktyabrın 11-də deyib ki, Vaşinqton pastorun buraxılacağına ümid edir. Amma o, Ankarayla hər hansı razılaşmadan xəbərsiz olduğunu da söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG