Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 15:50

Macarıstanla Ukraynanın diplomatik qalmaqalı böyüyür


Ukraynanın xarici işlər naziri Pavlo Klimkin (solda) macarıstanlı həmkarı Peter Szijjarto ilə Transkarpatiyada görüşür, 22 iyun, 2018-ci il

Macarıstanla Ukrayna arasında diplomatik qalmaqal böyüməkdədir. Budapeşt Kiyevin səfirini çağıraraq Ukrayna ərazisində etnik macarları hədəfə alan “ölüm siyahısı”na etirazını bildirir. Birgə sərhəddə Ukraynanın hərbi manevrləri də etiraz doğuran səbəblər arasındadır.

Ukraynanın “anti-Macarıstan siyasəti yeni səviyyəyə çatıb”, – Macarıstanın Xarici İşlər Nazirliyinin rəsmisi Levente Magyar oktyabrın 10-da Budapeştdə jurnalistlərə deyib. O, Kiyevi iki qonşu arasında gərginlik yaratmaqda suçlayıb.

Magyar-ın iddiasına görə, Ukraynanın qərbindəki Transkarpatiya regionunda Macarıstanla sərhəddə yaşayan 100 min etnik macar bütün bu baş verənlərdən “qorxuya düşüb”.

Rəsmi Kiyev, hələlik, Budapeştin iddialarını cavablandırmayıb.

Qalmaqal ötən ay yaranıb, Ukraynada macarıstanlı diplomatın etnik macarlara pasport payladığını göstərən gizli çəkilmiş video yayılıb.

Bundan sonra Kiyev Macarıstanın Transkarpatiyadakı konsulunu qovub, Budapeşt isə Macarıstandakı Ukrayna konsulunu ölkədən çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG