Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 00:54

Təyyarəylə 19 saat fasiləsiz uçmaq necədir?


Sinqapur Hava Yollarının Airbus 380 təyyarəsi, arxiv fotosu

Oktyabrın 11-dən Sinqapurdan Nyu York arasında birbaşa hava xətti açılır. Bu, dünyada ən uzun kommersiya tipli təyyarə reysi olacaq.

Sinqapur Hava Yollarının məlumatına görə, Çanqi və Nyuvark aeroportları arasındakı 15 min kilometrdən artıq məsafəni 19 saata qət etmək mümkün olacaq.

Şirkət xəttə yeni Airbus A350-900 ULR (ultra uzun məsafə) təyyarəsini buraxacaq. Bu təyyarədə 67 biznes, 94 premyum ekonimi yeri var, ekonomi kateqoriyası nəzərdə tutulmayıb.

Sinqapur Hava Yolları bildirir ki, müştərilər fasiləsiz xidmət, yəni yolda keçirdikləri vaxtın azalmasını istəyirdilər.

Şirkət 2004-cü ildə də Çangi və Nyuvark arasında eyni birbaşa xətti işə salmışdı, amma çox baha başa gəldiyindən 2013-cü ildə dayandırıldı.

Hazırda Qatar Airways Doha və Yeni Zelandiyanın Oklend şəhəri arasında 17 saat yarımlıq reysi gerçəkləşdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG