Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:57

Azərbaycan Farer adaları ilə qarşılaşacaq


UEFA Millətlər Liqası

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün, oktyabrın 11-də saat 22:45-də Torsvollur stadionunda Farer adaları - Azərbaycan oyunu keçiriləcək.

Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək.

UEFA Millətlər Liqası birinci dəfədir ki, təşkil edilir. Bu liqa, əsasən, UEFA bayrağı altında keçirilən yoldaşlıq oyunlarını əvəz edir. Amma xüsusi əhəmiyyət də kəsb edir. Çünki 2020-ci ildə keçiriləcək Avropa Çempionatında iştirak edəcək 24 yığmadan 4-nün vəsiqəsi UEFA Millətlər Liqasında əldə edilməlidir. Hər liqanın qalibi Avropa Çempionatı (AÇ) -2020-yə vəsiqə qazanacaq. Daha 20 vəsiqə isə 2019-cu ilin martında başlayacaq AÇ-2020-nin seçmə mərhələsində əldə ediləcək.

Azərbaycan yığması D liqasının III qrupunda yer alır. Bu qrupdakı komandalar ilk matçlarında fərqli nəticələr göstəriblər. Malta evdə Farer adalarına 3:1 hesabı ilə uduzub. Azərbaycan isə Bakıda Kosovo yığması ilə heç-heçə edib – 0:0.

Azərbaycan ikincı qarşılaşmada Malta ilə də heç-heçə oynayıb. Bu dəfə hesab 1-1 olub.

D divizionunun 3-cü qrupunda paralel oyunda Kosovo yığması öz meydanında Farer adalarına 2:0 hesabı ilə qalib gəlib.

Multimedia

XS
SM
MD
LG