Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:52

Rumıniyada pensiyalar qaldırılır


İşləyən pensiyaçı, arxiv fotosu

Rumıniya hökuməti gələn dörd il ərzində dövlət pensiyalarının iki dəfədən çox artırılması planını təsdiqləyib. Söhbət 5,2 milyon təqaüdçüdən gedir.

Əmək hüquqları qrupları bu addımı alqışlayıb, tənqidçilər isə dövlət büdcəsinə yük olacağını bildirib.

Oktyabrın 10-da təsdiqlənmiş plana görə, pensiya xərcləmələri 2022-ci ilədək 35 milyard dollara qaldırılacaq. Bu, hazırkı səviyyədən iki dəfədən də çoxdur.

Məqsəd dövlət pensiya sistemində müxtəlif təbəqələr arasında yaranmış uçurumu ləğv etməkdir.

Rumıniyada pensiya Avropada ən aşağı səviyyədədir, aya 1100 leyə yaxındır.

Əmək naziri Olguta Vasilescu Buxarestdə jurnalistlərə deyib ki, 2022-ci ilədək bütün pensiyalar artacaq.

Pensiya planı indi parlamentin müzakirəsinə çıxarılacaq, amma sosial demokrat hökuməti qanunverici orqanda üstünlüyə malikdir.

Ötən il Rumıniya iqtisadiyyatında rekord səviyyədə – 6,9 faizlik artım baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG