Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Qlobal səhm bazarlarında kəskin ucuzlaşma


Arxiv fotosu
Arxiv fotosu

Oktyabrın 11-də qlobal səhm bazarlarında kəskin düşüş yaranıb. Uol Stritdə son 8 ayda ən kəskin eniş yaşanıb. Honq Konq, Tokio və Şanxayda səhmlər dəyərinin 3 faizindən çoxunu itirib.

Birləşmiş Ştatlarda faiz dərəcələrinin artımı, qlobal artımın yavaşıması, ticarət müharibələri hədələri artıq investorları ciddi narahat etməkdədir.

Uol Stritdə Standard & Poor's 500 indeksi 3,3 faiz düşüb, investorlar üst-üstə 850 milyard dollar itirib. Ən çox itirənlərin başında Apple və Boeing kimi yüksək texnologiya nəhəngləri gəlir. ABŞ-Çin ticarət müharibəsinin də ən çox onlara zərbə vuracağı gözlənir.

FED “AĞLINI İTİRİB”

Bu arada ABŞ prezidenti Donald Trump Federal Ehtiyatlar Sistemini (FED) faiz dərəcələrini artırdığına gör tənqid edib, deyib ki, mərkəzi bank “ağlını itirib”. Bu sözlər qlobal bazarlardakı çaxnaşmanı gücləndirib.

Donald Trump
Donald Trump

“Məncə, Fed səhv edir, sərt addım atır”, – deyən Trump onu da əlavə edib ki, səhmlərin ucuzlaşması “uzun zamandır gözlədiyimiz korreksiyadır”.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde isə FED-i müdafiə edib, faiz dərəcələrinin artırılmasının “qaçılmaz”, “xeyli təkmil artım göstərən, inflyasiyanın gücləndiyi… işsizliyin çox aşağı olduğu… ölkələr üçün lazımlı” olduğunu deyib.

ABŞ mərkəzi bankı doqquz ildən çox idi faiz dərəcəsini indiyədək görünməmiş aşağı səviyyədə saxlayırdı ki, bu da 2008-ci ilin maliyyə böhranından sonra uzunmüddətli geriləmə yaşayan ölkə iqtisadiyyatını stimullaşdırırdı. Bu ilin ilk rüblərində ABŞ-da iqtisadi artım 4 faizi keçib. Buna Prezident Trump-ın təşəbbüsü ilə Konqresin qəbul etdiyi vergilərin azaldılması qanunu da töhfəsni verib.

Krizisdən sonrakı 10 il ərzində səhmlər dörd dəfəyədək bahalanıb. Trump-ın ilyarımlıq prezidentliyi dövründə isə onlar orta hesabla 20 faiz civarında bahalanıb.

İnvestorlar indi narahatdırlar ki, faiz dərəcəsinin qaldırılması iqtisadi artıma və korporasiyaların gəlirlərinə mənfi təsir göstərər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG