Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Donald Trump ‘itkin jurnalistlə’ bağlı Səudiyyədən məlumat istəyib


ABŞ prezidenti Donald Trump deyib ki, İstanbuldakı Səudiyyə konsulluğuna getdikdən sonra yoxa çıxmış Washington Post qəzetinin dissident müxbiri Jamal Khashoggi ilə bağlı Səudiyyənin vəzifəli liderlərindən biri ilə söhbət edib:

"Bu çox kədərli situasiyadır. Çox pis situasiyadır. Biz belə bir şeyin müxbirlərin, heç kimin başına gəlməsinə yol verə bilmərik. Düşünürəm ki, biz bu məsələnin dibinə qədər getməliyik”.

Səudiyyə monarxiyasının tənqidçisi Khashoggi oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna gedəndən bəri ondan səs-soraq yoxdur. O konsulluğa türkiyəli nişanlısı ilə evlənmək üçün lazımi sənələri hazırlamağa getmişdi.

Səudiyyə Ərəbistanı bildirir ki, Khashoggi konsulluğa gəldikdən az sonra oranı tərk edib. Türkiyə rəsmiləri isə iddia edirlər ki, jurnalist konsulluğun binasında öldürülüb.

Trump şəxsən Səudiyyə vəliəhdi şahzadə Mohammed bin Salman-la danışdığını deməyib. Lakin Ağ Evin milli təhlükəsizlik müşaviri John Bolton, baş müşavirlərdən Jared Kushner və dövlət katibi Mike Pompeo oktyabrın 9-da jurnalistin məsələsi ilə bağlı daha çox informasiya almaq üçün şəxsən vəliəhd şahzadə ilə telefonla danışdıqlarını deyiblər.

Ağ Evin sözçüsü Sarah Sanders deyib ki, bu telefon söhbətləri zamanı Səudiyyə hökumətindən bu məsələdə daha şəffaf olması istənib.

Oktaybrın 10-da Türkiyənin TRT dövlət telekanalı Khashoggi-nin İstanbuldakı Səudiyyə konsulluğuna girməsini göstərən videonu yayınlayıb.

Başqa bir videosüjetdə Səudiyyə təyyarəsinin və xəfiyyələrinin İstanbula gəldiyi görünür.

***

Türkiyənin hökumətyönlü qəzeti bildirir ki, tanınmış səudiyyəli jurnalistə görə göndərilmiş 15 nəfərlik “sui-qəsd dəstəsi”ni müəyyənləşdirib. Türkiyə rəsmiləri yazar Jamal Khashoggi-nin İstanbuldakı Səudiyyə səfirliyində öldürüldüyünü iddia edirlər.

Jamal Khashoggi konsulluğa daxil olur, 2 oktyabr, 2018-ci il
Jamal Khashoggi konsulluğa daxil olur, 2 oktyabr, 2018-ci il

“Sabah” qəzeti 10 oktyabr buraxılışında 15 səudiyyəlinin adlarını və fotolarını dərc edib. Onların jurnalist yoxa çıxdığı gün Türkiyəyə iki özəl təyyarə ilə getdiyi qeyd olunur.

Fotoların aeroportun təhlükəsizlik kameraları ilə çəkildiyi görünür.

Jurnalistin yoxa çıxmasına etiraz aksiyası
Jurnalistin yoxa çıxmasına etiraz aksiyası

“SİYASİ VƏ HUMANİTAR BORC”

Khashoggi oktyabrın 2-də İstanbuldakı Səudiyyə konsulluğuna girəndən sonra yoxa çıxıb. O, türkiyəli nişanlısı ilə evlənməkdən ötrü gərəkən sənədləşmə işini bitirmək istəyirdi.

Türkiyə rəsmiləri onun konsulluq daxilində öldürüldüyünü deyir, Səudiyyə Ərəbistanı bu iddianı rədd edir.

Təhlükəsizlik mənbələri qəzetə deyiblər ki, 15 səudiyyəli İstanbula daxil olub, Khashoggi konsulluğa gedən gün onlar da orada olublar və daha sonra ölkəni tərk ediblər.

Türkiyənin Xarici İşlər Nazirliyi oktyabrın 9-da bildirib ki, Səudiyyə rəsmiləri İstanbuldakı konsulluqda araşdırma aparılmasına icazə verib.

Prezident Recep Tayyip Erdogan bu işi həll etməyin onun “siyasi və humanitar borcu” olduğunu deyib.

Keçmiş qəzet redaktoru olan Khashoggi Səudiyyə Ərəbistanından ötən il çıxıb. O, ölkənin Yəmən müharibəsindəki siyasətini, narazıları susdurmasını tənqid etdiyinə görə ondan qisas alına biləcəyini söyləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG