Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:21

Daha 24 dini icma qeydiyyata alınıb


Din xadimlərinə, məscidlərin imamlarına dövlətin maaş verməsinə sizin münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Din xadimlərinə, məscidlərin imamlarına dövlətin maaş verməsinə sizin münasibətiniz necədir?

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 26 dini icmaya şəhadətnamələr təqdim edilib. Bu barədə Komitənin yaydığı məlumatda bildirilir.

Dini icma sədrlərinə uyğun tövsiyələr verən komitə rəsmiləri dini radikalizmlə mübarizə və maarifləndirmə prosesində onları fəal olmağa dəvət edib.

Azərbaycanda 2009-ciu ildə qanunvericiliyə dəyişiklikdən sonra dini icmalar yenidən qeydə alınır. İndiyə kimi 861 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 830-u islam, 31-i isə qeyri-islam (xristian – 20, yəhudi – 8, krişna – 1, bəhai – 2) təmayüllüdür.

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi qeydiyyata alınıb.

Ölkə ərazisində 2 min 250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir.

Azərbaycanda habelə 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Ancaq bəzi dini icmalar qeydiyyat məsələsində onlara süni maneələr yaradılmasından şikayətlənirlər.

Bu məsələlər ABŞ-ın din azadlığı hesabatlarında da öz əksini tapıb. Ancaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, heç bir dini icmanın qeydiyyatından əsassız yerə imtina edilmir.

Multimedia

XS
SM
MD
LG