Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:06

Serbiyada yol qəzalarında 11 nəfər ölüb


Serbiya, arxiv fotosu

Oktyabrın 9-da Serbiyada 3 yol qəzasında 11 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.

Polis qəzalara qatı dumanın səbəb olduğunu bildirir.

Ölkənin mərkəzi magistrallarından birindəki qəzada yeddi nəfər ölüb, 27 nəfər yaralanıb. Burada üst-üstə 34 avtomobil və yük maşını toqquşub.

Serbiya televiziyasının məlumatına görə, bəzi qurbanları xilasedicilər maşınlardan çıxarmalı olub.

Magistralın hər iki tərəfində nəqliyyatın hərəkəti dayandırılıb.

Bir yük maşını sürücüsü dövlət televiziyasına deyib ki, duman “divar kimi qalın idi”.

Daha bir qəza isə axşamtərəfi baş verib, dörd nəfər həlak olub, iki nəfər xəsarət alıb.

XS
SM
MD
LG