Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:59

Rusiya yenə Türkmənistandan qaz alacaq


Rusiya prezidenti Vladimir Putin və Aleksei Miller

Rusiyanın Gazprom şirkəti gələn ildən Türkmənistandan təbii qaz almağı bərpa edəcək. Üç il öncə Aşqabaddan qaz alışı dayandırılmışdı.

Gazprom rəhbəri Aleksei Miller oktyabrın 9-da Aşqabada səfəri zamanı Türkmənistanın dövlət televiziyasına müsahibə verib. O deyib ki, qiymətlə bağlı mübahisələr üzündən ertələnən alış gələn ilin əvvəlindən başlanacaq.

“Gazprom-un türkmən qazını çox yaxın gələcəkdə, 2019-cu il yanvarın 1-dən almağa başlamasından danışırıq”, – Miller deyib. O, yeni sazişin detallarının hələ yekunlaşma mərhələsində olduğunu da sözlərinə əlavə edib.

Vaxtilə Rusiya türkmən qazının əsas idxalçısı idi. Sonradan onun yerini Çin tutmağa başladı.

Türkmənistandan və digər Orta Asiya ölkələrindən ucuz qaz idxalı Rusiyaya Avropaya ixracı artırmaq imkanı verdi.

2015-ci ildə Gazprom elan elədi ki, Türkmənistandan qaz idxalını ildə 4 milyard kubmetrə salır. 2010-cu ildə 10 milyard kubmetr idxal edirdi. 2016-cı ilin əvvəlində isə alış tamamilə dayandı və bu, Türkmənistan iqtisadiyyatına təsirsiz ötüşmədi.

Hazırda Türkmənistandan Çinə ilə 30-40 milyard kubmetr qaz ötürülür.

XS
SM
MD
LG