Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Ukrayna hərbçiləri partlayan sursat anbarı üzərində dron görmədiklərini deyirlər


İçnya qəsəbəsi ətrafında partlayan sursat anbarı
İçnya qəsəbəsi ətrafında partlayan sursat anbarı

Ukrayna hərbçiləri bazar ertəsi, oktyabrın 9-da partlayış baş verən sursat anbarlarının üzərində dronlar müşahidə etməyiblər.

Bu barədə Ukraynanın hərbi-hava qüvvələri özünün “Feysbuk” səhifəsində yazır.

Komandanlıq bununla, dronlardan diversiya məqsədilə istifadə edilməsi barədə yayılmış məlumatları rədd edib.

Ukraynada sursat anbarında partlayış baş verib
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Partlayışın baş verdiyi ərazinin yaxınlığında yerləşən İçnya qəsəbəsinin sakinləri köçürülüb.

Hakim dairələr onlar üçün hümanitar yardım məntəqələri yaradıb.

Xilasedicilər mərmi partlaması nəticəsində qəsəbədə baş verən 4 yanğını söndürüblər, partlayış zonasında elektrik və qaz xətlərini kəsiblər.

Sübh tezdən tibbi yardıma 60-dan çox adam müraciət edib, tüstüyə görə nəfəs ala bilməməkdən gileyləniblər.

Son illər bu Ukraynanın sursat anbarlarında baş verən 5-ci belə hadisədir.

Qeyd edək ki, oktyabrın 9-da Ukraynanın Çerniqovsk vilayətindəki sursat anbarında partlayış və yanğın baş verib.

Ukrayna ordusunun baş qərərgahı bildirir ki, partlayış səhərə yaxın baş verib, xəsarət alan yoxdur.

Partlayışla bağlı “hərbi qulluğa səhlənkar yanaşma” maddəsi ilə cinayət işi açıb.

Ətraf kəndlərdən 10 minədək əhali köçürülüb, 30 kilometrlik məsafədə dəmiryolu da daxil olmaqla nəqliyyatın hərəkəti dayandırılıb.

Həmçinin həmin ərazidə hava məkanı bağlanıb.

Fövqəladə hallar nazirliyinin məlumatına görə, həmin sursat anbarında 88 min tonadək silah və sursat var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG