Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Sanksiyalar İran iqtisadiyyatında ‘azalma yaradıb’


İrandan neft ixracı kəmərləri
İrandan neft ixracı kəmərləri

Birləşmiş Ştatların sanksiyaları İran iqtisadiyyatında düşüş yaradıb və gələn il durum daha da pisləşəcək. Bunu Beynəlxalq Valyuta Fondu (BVF) bildirir.

Oktyabrın 8-də açıqlanmış Dünyanın İqtisadi Mənzərəsi adlı hesabatda BVF bildirir ki, İranın neftə söykənən iqtisadiyyatı bu il 1,5 faiz azalacaq və səbəb neft ixracındakı enmədir.

2019-cu ildə hasilatın həcmində azalma isə 3,6 faizə qalxacaq.

Mayda, ABŞ Prezidenti Donald Trump Tehrana sanksiyaların bərpa olunacağını açıqlamazdan öncə BVF İran iqtisadiyyatının 2018-ci və 2019-cu illərdə 4 faiz artacağını proqnozlaşdırırdı.

BVF bildirir ki, növbəti iki il ərzində İran iqtisadiyyatı üçün proqnozlaşdırdığı düşüş sanksiyalar ucbatından “azalmış neft hasilatı”na görədir.

İXRAC DAHA DA AZALACAQ

Vaşinqton İran iqtisadiyyatına sanksiyaların birinci raundunu elan edib, eyni zamanda İrandan neft alan ölkələrə xəbərdarlıq edib ki, başqa təchizatçı axtarsınlar. İranın neft sektoruna sanksiyaların ikinci raundu noyabrın 5-də qüvvəyə minəcək.

İranın neft ixracı
İranın neft ixracı

Trump İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan edəndən sonra sanksiyalar bərpa olunmağa başlanıb.

Sanksiyalar 2016-cı ildə qaldırılandan İrandan xam neft ixracı rekord səviyyəyə – 2,5 milyon barrelə çatmışdı. İndi ixrac günə 500 min barel azalıb və gələn ay genişləndirilmiş sanksiyalar qüvvəyə minəndən sonra daha da azalacağı gözlənir.

Trump administrasiyasının rəsmiləri deyirlər ki, məqsəd İrandan neft ixracını “sıfır”a endirməkdir.

BVF Yaxın Şərq üçün də artım proqnozunu azaldıb. Bu da İran iqtisadiyyatındakı azalma və neftin bahalanmasından dolayı enerji xərclərinin artmasıyla izah olunur.

Qurum Birləşmiş Ştatlar və Çinin tarif müharibəsinin dünya iqtisadiyyatı üçün yaxşı bir şey vəd etmədiyini bildirir. 2018 və 2019-cu illərdə qlobal artımın ortalama 3,7 faiz olacağı proqnozlaşdırılır, baxmayaraq ki, yazda bu göstərici 3,9 faiz idi.

BVF gələn il Çində 6,2 faiz artım proqnozlaşdırır, daha öncəki proqnoz 6,4 faiz idi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG