Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:45

Erdoğan Səudiyyə hökumətinə ‘itkin jurnalist’ barədə tələb irəli sürür


Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, səudiyyəli jurnalistin Səudiyyənin İstanbuldakı konsulluğunu tərk etdiyini sübut etmək Səudiyyə Ərəbistanının məsuliyyətidir.

Washington Post qəzetinin ştatdankənar müxbiri Jamal Khashoggi oktyabrın 2-də Səudiyyə konsulluğuna gedəndən sonra yoxa çıxıb. O konsulluğa türk nişanlısı ilə evlənmək üçün lazımi sənədləri hazırlamağa getmişdi.

Türkiyə rəsmiləri Khashoggi-nin konsulluqda qətlə yetirildiyinə inanırlar, lakin Səudiyyə bu iddianı rədd edir. Səudiyyə rəsmiləri israr edirlər ki, jurnalist konsulluğun binasını tərk edib.

Keçmiş qəzet redaktoru Khashoggi Səudiyyə Ərəbistanını ötən il, ondan Yəmən müharibəsinin tənqidi ilə bağlı yazılarına görə qisas alınacağından ehtiyatlandığına görə tərk etdiyini bildirib.

Macarıstana səfəri əsnasında danışan Erdoğan deyib ki, səudlar “yaxalarını “o konsulluğu tərk edib” deməklə qurtara bilməzlər”.

Erdoğan Macarıstanın baş naziri Viktor Orbanla Budapeştdə keçiridiyi mətbuat konfransında deyib:

"Onların çox sayda kameraları var…Əgər o oranı tərk edibsə, sübutunu niyə təqdim etmirlər. Biz bu məsələni belə buraxmayacağıq”.

Erdoğan bildirib ki, Türkiyə polisi, kəşfiyyatı və ədliyyəsi bu məsələni araşdrır.

Türkiyə lideri deyib ki, bu məsələni çözmək onun “siyasi və insani vəzifəsidir”.

İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında etiraz aksiyası keçirilib

İstanbuldakı Səudiyyə konsulluğunun qarşısında 5 oktyabr aksiyası
İstanbuldakı Səudiyyə konsulluğunun qarşısında 5 oktyabr aksiyası

İstanbulda bir qrup jurnalist və Qeyri Hökumət Təşkilatının üzvləri Səudiyyə Ərəbistanının konsulluğu qarşısında jurnalist Jamal Khashoggi-nin yoxa çıxmasına etiraz olaraq aksiya keçiriblər.

Khashoggi-nin nişanlısı və dostları deyirlər ki, o, oktyabrın 2-də sənəd almaq üçün konsulluğun binasına girdikdən sonra geri dönməyib.

Dostları onun konsulluğun binasında öldürüldüyünü iddia edirlər.

Adı çəkilməyən Türkiyə rəsmisi də Reutersə deyib ki, jurnalisti çox gümün ki, konsulluğun binasında öldürüblər.

Türkiyə prezidenti Racep Tayyip Erdogan deyib ki, məsələni şəxsi nəzarətinə götürüb və istintaqın nəticəsini gözləyirlər.

Səudiyyə səfirliyi jurnalistin öldürülməsi ilə bağlı ittihamı rədd edir. Türkiyənin xarici işlər nazirliyi Səudiyyə Ərəbistanının səfirini çağıraraq məsələyə aydınlıq gətirilməsini istəyib.

Keçmiş qəzet redaktoru olan Khashoggi hələ ötən il demişdi ki, Səudiyyə Ərəbistanının Yəmən siyasəti və fərli düşünnənləri boğmasını tənqid etdiyinə görə ondan qisas ala bilərlər.

Qeyd edək ki, oktyabrın 6-da Bolqarıstanın Ruse şəhərində araşdırmaçı journalist və regional televiziya kanalının aparıcısı Viktoriya Marinova da amansızcasına öldürülüb.

30 yaşlı jurnalistin meyiti parkdan tapılıb.Polis ölümündən əvvəl ona işgəncə verildiyini və zorlandığını deyir.

Faktla bağlı araşdırma gedir.

Marinova bu il Avropa Birliyi ərazisində öldürülən 2-ci jurnalistdir.

Bu ilin yayında Slovakiyada da araşdırmaçı journalist Yan Kutsiak sevgilisi ilə birlikdə öz evində qətlə yetirilib.

Polisin məlumatına görə qətli törədən buna görə 70 min avro alıb.

Kutsiak İtaliya mafiyasının Bratislava ilə əlaqələrini araşdırırmış.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG