Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 08:12

Omskda həbsxanada qiyam olub


Omsk 6 saylı təcridxana

Həftəsonu Sibirdə həbsxanada qiyam olub, yerli hakimiyyət artıq nəzarəti ələ aldığını bildirir.

Dörd məhbus xəstəxanaya yerləşdirilib, zorakılığı qızışdırmaqda suçlanan 12 məhbus isə təcridxanaya göndərilib. Hadisə Omsk regionundakı 6 saylı təcridxanada baş verib. Xəbəri oktyabrın 8-də Mediazona agentliyi yayıb.

Məhbus hüquqları fəalı Olga Romanova-nın oktyabrın 7-də bildirməsinə görə, məhbuslar arasında konflikt yaranıb. Buna məhbuslarla pis rəftar səbəb olub. O, məhbusların aclıq aksiyasına başladığını da qeyd edib.

Olga Romanova
Olga Romanova

Rusiyanın ədliyyə sistemindən yazan Mediazona həbsxana hasarından asılmış “Bizi xilas edin” plakatının fotosunu yayıb.

İstintaq Komitəsinin regional departamenti oktyabrın 7-də bildirib ki, həbsxanada “məhbusların öz məhbus yoldaşlarının bədəninə ziyan vurması” araşdırılır.

RƏSMİ VERSİYA

Federal Penitensiar Xidmətdən Svetlana Plotnikova həbsxananın polis tərəfindən mühasirəyə alındığını, oktyabrın 6-da burada qiyam baş verdiyini açıqlayıb.

Məhbusun döyüldüyünü göstərən video
Məhbusun döyüldüyünü göstərən video

Onun sözlərinə görə, məhbuslardan bəziləri “qayda-qanunu gözardı edərək öz qanunları ilə yaşamaq qərarı verəndən” sonra bir-birilə dalaşıblar.

Rusiya həbsxanalarında nə baş verdiyini müəyyənləşdirmək adətən, çətin olur, rəsmi məlumatları müstəqil dəqiqləşdirmək də çətinləşir.

Məhbuslardan birinin vəkili Vera Goncharova deyib ki, təcridxana administrasiyası ilə münaqişədən sonra məhbuslar aclıq aksiyasına başlayıblar.

O, AzadlıqRadiosu-na bildirib ki, Moskvadan 2 min 200 km şərqdə yerləşən Omsk regionunda həbsxanalarda işgəncəylə bağlı məlumatlar gəlir.

“Məhbuslar Omsk regionundakı həbsxanalara transfer olunduqlarını eşitdikdə bunu önləmək üçün damarlarını kəsirlər”, – o vurğulayıb.

İyuldan bəri Rusiya həbsxanalarında işgəncə məsələsi gündəmdən düşmür. O zaman Yaroslavl regionunda həbsxanada azı 17 nəzarətçinin məhbusu döydüyünü göstərən video yayılmışdı.

XS
SM
MD
LG