Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:24

Putinlə necə savaşmalı – Qərb icmalı


Vladimir Putin Qırmızı Meydanda turistlərin qarşısına çıxmağa hazırlaşarkən
Vladimir Putin Qırmızı Meydanda turistlərin qarşısına çıxmağa hazırlaşarkən

Rusiya prezidenti özünü zəif göstərir, amma onun yaratdığı hədəni dəf etməyə beynəlxalq səviyyədə əməkdaşlıq lazımdır. “The Observer” qəzeti redaksiya məqaləsində qeyd edir ki, Rusiyanın Britaniya və müttəfiqlərinə təhlükəsini şişirtmək lazım deyil. Silah gücüylə öyünən Rusiyanın müdafiə xərcləri ötən il 20 faiz azalıb, bu sahədə Səudiyyə Ərəbistanından da geridə qalıb, ABŞ-ın xərclədiyinin isə onda birini sərf edib.

ÜDM göstəriciləri ABŞ-dan, Almaniyadan, Britaniya və Fransadan geridədir. Ancaq bütün bunlarla yanaşı, Prezident Vladimir Putin Sovet İttifaqının çöküşündən təəssüflənir, ürəkdən inanır ki, Qərb Rusiyanı böyük dövlət statusundan məhrum etməyə çalışır. Sonucda, Putin mövqeyi zəifləmiş biridir.

Bütün bunlara baxmayaraq, qəzetin mövqeyincə, Moskvadan gələn təhdiddən qorunmaq vacibdir. Ötən həftə Rusiyanın Niderlandda casus əməliyyatı apardığı, ABŞ və Britaniyada kiberhücum kampaniyaları barədə informasiya yayılıb.

Vladimir Putin (solda) və Hindistanın Baş naziri Narendra Modi
Vladimir Putin (solda) və Hindistanın Baş naziri Narendra Modi

Doğrudur, Putinin də dediyi kimi, casusluq dünyanın ən qədim peşələrindən biridir. Buna son qoyulacağını düşünmək sadəlövhlük olardı. Ancaq onu faş etməkdən ötrü bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Bu mənada, Britaniya təhlükəsizlik xidmətlərinin Rusiya təxribatına dair sənədləri, foto dəlili yayması alqışlanandır. Bu yeni açıqlıq ruhu davam etməlidir.

Başqa hansı işlər görülə bilər? Rusiya artıq davamlı sanksiyalar altında əzilməkdədir. London vasitəsilə çirkli pulyuma hədəfə alınmalıdır. ABŞ Prezidenti Donald Trump rusiyalı dostuna əzizləməyi dayandırsa, bu da işin xeyrinı olar”, – qəzet yazır.

Niderlandın qovduğu GRU zabiti Oleg Sotnikov
Niderlandın qovduğu GRU zabiti Oleg Sotnikov

Agentlərin adları çəkildi, indi...

“The Guardian” qəzetində Nick Cohen isə yazır ki, agentlərin adları çəkildi, indi də maliyyə və siyasi yaramazlıqları ortaya çıxarmağın vaxtıdır.

Müharibə hər zaman dəyişiklik gətirir. Rusiyanın mafiya dövlətinə qarşı müharibəni udmaq lazımdırsa, heç olmasa, onunla mübarizə aparılmalıdırsa, onda Londonu qlobal çirkli pulyuma mərkəzinə çevirmiş vergi sığınacaqları, saxta şirkətlər açılmalıdır.

Aparıcı Mühafizəkarlar elə danışırlar ki, sanki Solsberi insidenti onlara dərs olub, Rusiya polisinin, gizli xidmətlərinin, propaqanda stansiyalarının, idman federasiyalarının, nazirliklərinin ayrı-ayrı qurumlar deyil, siyasi və kriminal siniflərin tam bir birləşməsi olduğunu anlayıblar. Ola bilsin, sadəlövhəm, amma onlar Putinlə mübarizə aparmaq istədiklərini deyəndə onlara inanıram”, – yazan müəllif Britaniyadakı Ekvador səfirliyinə sığınmış Julian Assange işini misal çəkir.

Julian Assange Londondakı Ekvador səfirliyinin balkonunda
Julian Assange Londondakı Ekvador səfirliyinin balkonunda

ABŞ-da xüsusi prokuror Robert Mueller iddia edir ki, Rusiya Donald Trump-ın demokratların namizədi Hillary Clintonu məğlub etməsi üçün dövlət səviyyəsində əməliyyat aparıb və Assange bu əməliyyatda son halqa kimi çıxış edib. Belə ki, Rusiyanın hərbi kəşfiyyat agentliyi olan GRU Clinton kampaniyasının 50 min sənədini WikiLeaks-ə ötürüb və sayt da bunu öz araşdırması kimi təqdim edib.

Müəllifin fikrincə, kəşfiyyat xidmətlərinin açıqlığı o zaman daha səmərəli olar ki, kriminal rejimin aktivlərini qoruyan maliyyə gizliliyinə də son verilsin.

Ukraynanın ictimai TV-si fəaliyyətini dayandırıb

Ukraynanın milli ictimai televiziyası – UA:Pershyi yayımını dayandırıb, səbəb də yetərincə maliyyənin olmamasıdır. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) ictimai televiziyanı Ukrayna demokratiyası üçün vacib sayır və hakimiyyəti televiziyaya gərəkən maliyyəni dayanmadan ayırmağa çağırır.

UA:Pershyi-nin analoq yayımı sentyabrın 25-dən dayanıb, belə ki, siqnal ötürülməsini təmin edən dövlət şirkətinə böyük məbləğdə borcu var. Hazırda bu televiziyanın proqramlarını yalnız onlayn izləmək olur.

“UA:Pershyi-nin analoq yayımının dayandırılması geriyə ciddi addımdır, çünki bu, son illərin ən böyük demokratik qazanclarından birinin təhlükə altında olması deməkdir”, – RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr deyib.

Qurum Ukrayna hakimiyyətini yayımı bərpa etməyə çağırır.

XS
SM
MD
LG