Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:00

Pashinian-ın həyat yoldaşından sülh çağırışı


Anna Hakobian (solda) təmas xəttində, 7 oktyabr, 2018-ci il
Anna Hakobian (solda) təmas xəttində, 7 oktyabr, 2018-ci il

Ermənistanın baş naziri Nikol Pashinian-ın həyat yoldaşı Anna Hakobian Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki təmas xəttində çıxış edib. O, hərbçilər qarşısındakı çıxışında münaqişə tərəflərini sülhə çağırıb.

Anna Hakobian -ın “Qadınlar sülh uğrunda” təşəbbüsünə Rusiyadan ictimai-siyasi xadimlər, yazıçılar, həkimlər, digər tanınmış şəxslər qoşulub.

Nikol Pashinian (sağdan 3-cü) Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində, 18 sentyabr, 2018-ci il
Nikol Pashinian (sağdan 3-cü) Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində, 18 sentyabr, 2018-ci il

Təmas xəttində sülh mesajı verən qadınların tədbirinə Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakian, qondarma respublikanın “müdafiə naziri” Levon Mnatsakanian da qatılıb.

Baş nazirin həyat yoldaşı deyib ki, təşəbbüsü irəli sürəndə “onun yolu üzərindəki əngəlləri nəzərə alaraq” reallaşacağının mümkünlüyünü ağlına gətirməyib.

AzadlıqRadiosu-nun erməni xidməti yazır ki, tədbirdə rusiyalı qadınlar da çıxışlarında sülh çağırışları ediblər. Anna Hakobian onları Azərbaycana səfər etməyə, təmas xəttinin digər tərəfində də sülh çağırışı etməyə səsləyib.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılaşmasına kimi Dağlıq Qarabağ bölgəsi, ora bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib.

Münaqişənin tənizmlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsdər dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG