Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:46

Eynicinsli nikahlara yasaq referendumdan keçmədi


Dəyişikliyə "hə" deyən rahibə, 4 oktyabr, 2018-ci il
Dəyişikliyə "hə" deyən rahibə, 4 oktyabr, 2018-ci il

Rumıniyanın aparıcı gey hüquqları qrupları eynicinsli nikahları qadağan edəcək referendumun baş tutmamasını alqışlayıb, bunu vətəndaşların “Rumıniyanın demokratik dəyərlərə söykənməsini istəməsi”nin göstəricisi adlandırıb.

“Bizi nifrət etməyə, cəmiyyəti qütbləşdirməyə çağıran siyasi gündəmin bizi aldada bilmədiyini sərgilədik”, – “Accept” qrupu oktyabrın 7-də bildirib.

“GƏLƏN DƏFƏ QALİB GƏLƏCƏYİK”

Oktyabrın 6-7-də keçirilən referenduma konstitusiyaya eynicinsli nikahların yasaqlanması ilə bağlı müddəa çıxarılmışdı. Hakim Sosial Demokrat Partiyasının (PSD) lideri Liviu Dragnea, eləcə də nüfuzlu dini qruplar rumıniyalıları referendum dəstəkləməyə çağırırdı.

Liviu Dragnea səs verir
Liviu Dragnea səs verir

Ölkənin seçki komissiyasının bildirməsinə görə, səsvermə hüququ olanların yalnız 20,4 faizi seçkiyə gedib. Referendumun baş tutması üçün azı 30 faiz səs verməliydi.

Hazırda konstitusiyada nikah iki tərəfin birliyi kimi nəzərdə tutulur, amma dəyişiklik qəbul olunardısa, həmin tərəflər yalnız kişi və qadın olmalıydı.

MozaiQ LGBT qrupundan Vlad Viski də referendumun baş tutmamasını alqışlayıb, deyib ki, “rumıniyalılar bölünməni, bir-birinə nifrəti rədd etdilər”.

“Bu, Rumıniya demokratiyasının qələbəsidir, üstəlik, rumıniyalılar Pravoslav Kilsəsinin ölkənin dünyəvi işlərinə qarışmasını rədd etdilər”, – o deyib.

Vlad Viski
Vlad Viski

İkigünlük referendum təklifi mühafizəkar təşkilatdan gəlmişdi, nüfuzlu Pravoslav Kilsəsi, parlamentdəki partiyaların birini çıxmaqla, qalanları da onu dəstəkləmişdi.

“Gələn dəfə qalib gələcəyik”, – Ailə üçün Koalisiyanın sözçüsü Mihai Gheorghiu səsvermə nəticələri açıqlanandan sonra deyib.

“XRİSTİANLARA QARŞI”

Qrup daha öncə yaydığı bəyanatda medianı, siyasətçiləri, yerli hökumətləri seçici iştirakının azlığına görə suçlayıb, onların “kütləvi dezinformasiya kampaniyası” apardığını deyib.

LGBT fəalları, 8 oktyabr, 2018-ci il
LGBT fəalları, 8 oktyabr, 2018-ci il

Təşkilatın iddiasına görə, opponentlərin boykot çağırışı “əsasən Rumıniya xristianlarına qarşı yönəlib”.

Dəyişiklik təklifi parlamentin iki palatasından keçmişdi, referendum səsverməsi onun qəbulundan ötrü sonuncu mərhələ idi.

Opponentlərin fikrincə, məqsəd LGBT üzvlərinin özlərini ikinci dərəcəli vətəndaş kimi hiss etməkləri idi.

Avropa İttifaqının üzvü olan Rumıniyada homoseksuallıq 2001-ci ildə dekriminallaşdırılıb, ancaq lezbian, gey, homoseksual və transgender (LGBT) azlığına qarşı ayrıseçkilik geniş yayılıb.

Hökumətin referendum keçirmək qərarı Brüsseli təlaşlandılrmışdı. Aİ Komissiyasının sədr müavini Frans Timmermans Buxarestə insan haqları öhdəlikləri ilə bağlı xəbərdarlıq etmişdi.

Rəsmi məlumata görə, ikigünlük referendum 40 milyon dollara başa gəlib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG