Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:00

Qlobal istiləşməylə bağlı xəbərdarlıq edirlər


Parisdə iqlim sammiti, 12 dekabr, 2017-ci il

Qlobal istiləşmədə təhlükəli artımı önləməkdən ötrü “sürətli” dəyişikliklər lazımdır. Belə bir xəbərdarlıqla iqlim tədqiqatçıları çıxış edib.

Ətraf mühitə qaz buraxılması indiki səviyyədə davam edərsə, Yer kürəsində temperatur 2030-cu ilədək 1,5 dərəcə selsi arta bilər. Oktyabrın 8-də Nobel mükafatı laureatı İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel belə bir bəyanatla çıxış edib.

“Qlobal istiləşmə indiki səviyyədə artmaqda davam edərsə, 2030 və 2052-ci illər arasında 1,5 dərəcə artacaq”, – qurum Cənubi Koreyada açıqladığı hesabatda bildirib.

Hesabata görə, qlobal istiləşməni önləməkdən ötrü cəmiyyətin bütün aspektlərində sürətli, misli görünməmiş dəyişikliklər aparılmalıdır.

Qurum torpaq, enerji, sənaye, binalar, nəqliyyatda, şəhərlərdə sürətli, əsaslı siyasət dəyişikliyinə çağırır. Bildirilir ki, ətraf mühitə karbon qazı emissiyası 2010-cu ildəki səviyyədən 2030-cu ilədək 45 faiz azaldılmalıdır.

XS
SM
MD
LG