Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:42

Bosniyada rusiyapərəst Dodik qalib gəlir


Bosniya prezidentliyinə namizədlər: Sefik Dzaferovic (solda), Zeljko Komsic (ortada) və Milorad Dodik (sağda)
Bosniya prezidentliyinə namizədlər: Sefik Dzaferovic (solda), Zeljko Komsic (ortada) və Milorad Dodik (sağda)

Bosniya serbi Milorad Dodik Bosniya Herseqovinanın üç üzvdən ibarət prezidentliyində yer qazanıb. O, rusiyapərəst millətçidir, ölkənin parçalanmasımım tərəfdarıdır.

“Qələbəmi elan edirəm. Bu qələbə gün kimi aydındır”, – Dodik oktyabrın 8-də mətbuat konfransında deyib.

Dodik ölkənin Serbiya hissəsinin, Republika Srpska-nın prezidentidir. Bosniya seçki komissiyası bülletenlərin 53 faizinin sayıldığını, Dodikin səslərin 55,2 faizini qazandığını bildirib. Ölkənin indiki prezidenti Mladen Ivanic cəmi 42 faiz səs toplayıb.

Mladen Ivanic səs verir
Mladen Ivanic səs verir

Ivanic məğlubiyyətini etiraf edib.

Əsasən müsəlmanlardan ibarət SDA partiyasının namizədi Sefik Dzaferovic prezidentlikdə Bosniyaya ayrılmış yeri qazanır, 38 faiz səs toplayıb.

“Mən öndə gedirəm, Bosniya prezidentliyində yeri qazanmışam”, – Dzaferovic mətbuat konfransında deyib.

COVİC XƏBƏRDARLIQ EDİR

Prezidentlikdə iki müddət xidmət etmiş mötədil xorvat Zeljko Komsic isə 49,5 faiz səslə millətçi Dragan Covic üzərində qələbə çalıb.

Xorvatların HDZ partiyasını təmsil edən Covic xorvatlar üçün ayrıca qurum yaradılmasına çağırır. Hazırda xorvatlar Bosniya müsəlmanları ilə birlikdə federasiyada azlıqdadırlar.

Səsvermə məntəqəsi
Səsvermə məntəqəsi

Covic məğlubiyyətini etiraf etsə də, ölkəni “indiyədək görünməmiş” böhran gözlədiyini bildirib.

Ölkənin 3,3 milyonluq seçicisinin 53,3 faizi seçkiyə gedib.

Bosniya serb birliyindən, müsəlman-xorvat birliyindən və hər ikisini kövrək bir dövlət halına gətirmiş mərkəzi hökumətdən ibarətdir.

Bu seçki Bosniyanın müsəlman və serb rəsmiləri arasında gərginliyi artırıb. 1995-ci ildə Yuqoslaviya müharibəsinə son vermiş Deyton sülh sazişi əldə olunandan burada gərginlik əslində, heç vaxt səngiməyib.

Bosniya müharibəsi 1995-ci ildə bitib, amma üç il davam etmiş, 100 min nəfərin həyatına son qoymuş münaqişənin yaraları sağalmayıb.

İndi Bosniya yolayrıcındadır – ya avro-Atlantik əlaqələri dərinləşdirəcək, ya da ölkədə kök salmış etnik rəqabət Avropa İttifaqı üzvlüyünə və NATO inteqrasiyasına doğru prosesi əngəlləyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG