Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 00:39

İnterpolun prezidenti axtarılır


M.Hunvey

İnterpolun rəhbəri Men Hunvey itkin düşüb. Fransa polisi onun axtarışı ilə bağlı araşdırmalara başlayıb. «Reuters»in məlumatına görə, İnterpol rəhbəri sentyabrın sonlarından işə çıxmır.

Agentliyin qaynaqları bildirir ki, polisə Hunveyin Fransanın Lion şəhərində yaşayan arvadı müraciət edib. Onun sözlərinə görə, əri sentyabrın sonunda Çinə gedib, bundan sonra onunla əlaqə kəsilib.

İnterpol 190-dan artıq ölkənin hüquq-mühafizə orqanlarının gücünü birləşdirmək məqsədilə yaradılıb. Çinin ictimai təhlükəsizlik nazirinin müavini M.Hunvey İnterpolun prezidenti vəzifəsinə 2016-cı ildə seçilib. O bu vəzifədə fransalı Mirey Balestrazzini əvəzləyib.

XS
SM
MD
LG