Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tutduğu vəzifədən azad edilib.
Azərbaycan prezidenti İlham Əliyev bu gün, oktyabrın 5-də bununla bağlı sərəncam imzalayıb.
Bunun səbəbləri barədə sənəddə məlumat verilmir. Onun yerinə təyinat, hələlik, olmayıb.