Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:33

Külək bal yarmarkasına imkan vermədi


Külək çadırları uçurub
Külək çadırları uçurub

Bu gün, oktyabrın 5-də başlayacağı bildirilən bal yarmarkası təxirə salınıb.

Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı məlumat yayıb.

«Oktyabrın 5-dən 28-dək Tofiq Bəhramov adına Stadionunun ərazisində keçirilməsi nəzərdə tutulan arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası təxirə salınıb», - nazirliyin açıqlamasında yazılır.

Qurum bildirir ki, bal yarmarkasının açılış mərasiminin təxirə salınması qərarı hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar vətəndaşların və yarmarka iştirakçılarının rahatlığı nəzərə alınaraq qəbul edilib. Açılış barədə əlavə məlumat veriləcək.

«Turan» agentliyinin məlumatına görə isə, yarmarka məqsədilə quraşdırılmış çadırlar uçub.

Xəbərdə vurğulanır ki, bir aya yaxın davam edəcək yarmarkanın keçiriləcəyi səyyar tikililər quraşdırılarkən hava amili nəzərə alınmayıb.

Xatırlatma

Arıçılıq məhsulları yarmarkası oktyabrın 5-dən 28-dək davam edəcəkdi.

Satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyət məsələsinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi məsuldur.

Dünən, oktyabrın 4-də təşkilatçılar açıqlamışdı ki, artıq yarmarkaya 150 ton süzmə bal qəbul edilib. Həmin məhsul 371 sahibkardan alınıb.

Yarmarkada 1 kq balın qiymətinin bazar qiymətinə uyğun 20-25 manata təklif ediləcəyi açıqlanmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG