Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:47

Ölüsünü icazəsiz yerdə basdıran cərimələnəcək


Başdaşını başucalığı sayanlar üçün qadağa
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00

Başdaşını başucalığı sayanlar üçün qadağa

Milli Məclisin bu gün, oktyabrın 5-də keçirilən ilk plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

«Report» xəbər verir ki, Məcəlləyə yeni - 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olunub.

Maddəyə əsasən, dəfn barədə məlumatın vahid reyestrdə yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək cərimə olunacaqlar.

Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimələnəcəklər.

Bundan başqa, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə də 500 manatdan 1000 manatadək cərimələr tətbiq ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Multimedia

XS
SM
MD
LG