Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:59

Amnesty İnquşetiyadakı vəziyyətdən narahatdır (VIDEO)


Maqasda etirazlar
Maqasda etirazlar

Beynəlxalq insan haqları təşkilatı Amnesty International bildirib ki, Şimali Qafqazdakı İnquşetiyada minlərlə insanın Çeçenistanla sərhəd dəyiş-düyüşünə etiraz etməsinin zorakılıqla nəticələnə biləcəyindən narahatdır.

Oktyabrın 4-də nümayişçilər İnquşetiyanın paytaxtı Maqas şəhərində etiraz mitinqinə toplaşmışdılar.

Həmin vaxt İnquşetiya məclisində Çeçenistanla ərazi dəyişdirilməsinə dair sazişin ratifikasiyası olmalı idi. Bu barədə razılaşma ötən həftə çeçen və inquş liderlər arasında əldə olunmuşdu.

Bu mitinqin keçirildiyi vaxtda meydana yüzlərlə polis gətirilsə də, onlar aksiyaya müdaxilə etməyiblər.

Oktyabrın 6-da verdiyi bəyanatda Amnesty bildirir ki, Maqasda davam edən aksiyanı diqqətlə izləyir. Təşkilat İnquşetiyanın hakimiyyət orqanlarını adamların sərbəst toplaşma haqqının pozulmamasına çağırıb.

Amnesty International təşkilatının Rusiya üzrə nümayəndəsi Oleg Kozlovsky deyib ki, indiyədək etiraz aksiyası insidentsiz ötüşüb.

Bu yaxınlarda Çeçenistan lideri Ramzan Kadyrov etirazçıları hədələyərək deyib ki, nümayişçilər aksiyalara görə “məsuliyyət daşıyacaqlar”.

Sentyabrın 26-da polis İnquşetiyada etiraz edənlərdən bəzilərini saxlamışdı. Aksiyaçılar İnquşetiyanın bəzi ərazilərinin Çeçenistana verilməsi qərarına etiraz edirdilər.

Sovet İttifaqı çökənədək Çeçenistan və İnquşetiya vahid inzibati ərazi olan Çeçen-İnquş Respublikasına daxil idilər.

***

İnquşetiyada Çeçenistanla torpaq mübadiləsinə etiraz olaraq aksiyalar davam edir. Onlarla insan gecəni paytaxt Maqasda parlament önündə keçirib. Yerli sakinlər etirazçılara yemək və isti geyimlər gətirirlər. Bu haqda «Kafkazskiy uzel» xəbər verir.

İnquşetiya prezidenti Yunusbek Yevkurov oktyabrın 4-də aksiya iştirakçılarını dağılışmağa, uşaq və qocaları parlament meydanından aparmağa çağırıb. «Sabah deməyin ki, siz onların harada olduğunu bilməmisiniz. Mən bunu eşitməyinizi və başa düşməyinizi çox xahiş edirəm», - Yevkurov deyib.

İnquşetiya və Çeçenistanın rəhbərləri sərhədlərin möhkəmləndirilməsi ilə bağlı sənəd imzalayıblar. Sənəd bəzi ərazilərin mübadiləsini nəzərdə tutur, bəzi inquşlar bu dəyişməni qeyri-bərabər sayır.

Maqasda parlament sənədi müzakirə edərkən aksiya keçirilib, orda yüzlərlə adamın iştirak etdiyi bildirilir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi etirazçıların yanındadır, o, torpaq mübadiləsi ilə bağlı referendum keçirilməli olduğunu bildirib.

Çeçenistan rəhbəri Ramzan Kadırov inquşları aksiyalara son verməyə çağırıb, «Müharibə deyirsinizsə, məni bu da qane edir», - deyə o, bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG