Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:57

FTB hakim Kavano ilə bağlı araşdırmanı bitirib


B.Kavano

Federal Təhqiqatlar Bürosu seksual zorakılıqda ittiham olunan ABŞ Ali Məhkəməsinin hakimliyinə namizəd Brett Kavano ilə bağlı hesabat hazırlayaraq Ağ evə təqdim edib. Bu haqda ABŞ prezidentinin nümayəndəsi deyib. «Reuters» xəbər verir ki, hələlik sənəd açıqlanmır, onunla ilk növbədə Senat üzvləri tanış olacaqlar.

ABŞ prezidenti Donald Tramp və Konqresdəki respublikaçı tərəfdarları Kavanonun hakim təyin edilməsinin lehinə çıxış edir və onun günahsız olması barədə bəyanatını dəstəkləyirlər. Bunu nəzərə alaraq Senatdakı respublikaçı çoxluğun lideri Mitç Makkonnell Kavanonun namizədliyinin təsdiqlənməsi üçün oktyabrın 5-nə səsvermə təyin edib. Güman olunur ki, Senatdakı bütün respublikaçı senatorlar (100 senatordan 51-i respublikaçıdır) Kavanonun lehinə səs verəcəklər. Ancaq onlardan biri əleyhinə səs verərsə, hakimliyə namizədin taleyini vitse-prezident Mayk Pens həll edəcək.

Kavanonun ünvanına ittihamlar səsləndirən bir neçə şəxs «Reuters»ə bildirib ki, FTB bu işlə bağlı onlarla əlaqə saxlamayıb. Onlardan biri də Kavanonu seksual zorakılıqda ittiham edən psixologiya professoru Kristin Blasi Forddur. Onunla yanaşı, daha iki qadın oxşar ittihamlarla çıxış ediblər.

Tramp Kavanonun namizədliyini hakim Entoni Kennedinin istefasından sonra irəli sürüb. Demokratlar narahatdırlar ki, o, Ali Məhkəmədə hakim olacağı halda bu qurumda güc mühafizəkarların xeyrinə dəyişəcək. Üstəlik də, ABŞ-da Ali Məhkəmə sədri ömürlük təyin edilir. Ağ ev Kavanonun ünvanına səslənən ittihamları rədd edir və bunu demokratların hakim təyinatını pozmaq cəhdi sayır.

XS
SM
MD
LG