Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 08:44

Azərbaycanda qar gözlənir


Xınalıq

Oktyabrın 5-də Bakı və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənir.

Temperaturun anomal gedişi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 18-20, gündüz 16-18, axşam 14 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə yağışın leysana, doluya, axşam yüksək dağlıq ərazilərdə qara keçəcəyi proqnozlaşdırılır. Gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 11-15 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG