Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 10:05

İnquşetiyada etirazlar yenidən başladı


R.Kadırov və Y.Yevkurov

İnquşetiyada parlament binası önündə etiraz aksiyaları keçirilir. Aksiyaçılar Çeçenistan Respublikası ilə torpaqların dəyişdirilməsinə etiraz edirlər. Etirazçıların sayının yüzlərlə olduğu deyilir.

Sentyabrın 26-da İnquşetiya və Çeçenistan rəhbərləri Yunusbek Yevkurovla Ramzan Kadırov sərhədlərin möhkəmləndirilməsi barədə razılaşma imzalayıblar. Sənəddə iki respublika arasında ərazilərin mübadiləsi nəzərdə tutulur. Sentyabrın sonunda İnquşetiyada buna etiraz olaraq aksiyalar başlayıb. İctimai fəallar deyir ki, bu razılaşma İnquşetiya üçün sərfəli deyil.

Oktyabrın 4-də regional parlament ərazilərin mübadiləsi haqda sənədi təsdiqləyib. 25 deputatdan 17-si sənədin lehinə səs verib. 3 deputat əleyhinə çıxsa da, 5 nəfər bitərəf qalıb.

Parlament iclası zamanı silahlı şəxslər oraya toplaşanları sakitləşdirmək məqsədilə havaya atəş açıblar, - bu haqda BBC-nin müxbiri hadisə yerindən xəbər verir. Aksiya iştirakçıları ilə danışmaq üçün deputatlar meydana çıxsalar da, onlar kütləni sakitləşdirə bilməyiblər.

İnquşetiyanın Konstitusiya Məhkəməsi də Çeçenistan Respublikası ilə torpaqların dəyişdirilməsinə qarşı çıxıb. Məhkəmə sədri Ayup Qaqiyevin qanun haqda fikirləri KM-nin saytına qoyulub. Sədrin dəyərləndirməsinə görə, İnquşetiya qanunvericiliyi respublika torpaqlarının regional referendum keçirilmədən Rusiya Federasiyasının başqa subyektinə verilməsini mümkünsüz edir.

Bu ərəfədə bəlli olub ki, Ekstremizmlə Mübarizə Mərkəzinin əməkdaşları İnquşetiyada razılaşdırılmamış aksiyaların keçirilməməsi üçün prokurorluğa xəbərdarlıq göndəriblər. Oktyabrın 3-dən respublikada internet kəsilib.

XS
SM
MD
LG