Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 05:03

NASA 'Roskosmos'a cavab verdi


Beynəlxalq Kosmik Stansiya

«Soyuz» kosmik gəmisinin istehsalı zamanı onda qüsur olmaması o demək deyil ki, üzlüyündəkı yırtıq bilərəkdən edilib. Bu barədə ABŞ kosmik agentliyi - NASA-da bəyan ediblər. Agentlik bildirib ki, Rusiya korporasiyası «Roskosmos»la birgə araşdırma davam etdirilir.

Oktyabrın 1-də «Roskosmos»un başçısı Dmitri Roqozin deyib ki, «Soyuz»un üzlüyündəki yırtıq qəsdən atılmış addımlar sayəsində yaranıb, bu istehsalat zamanı yol verilmiş qüsur deyil. O, kosmik gəmidə baş verənləri araşdıran komissiyanın çıxardığı nəticələrə əsaslanaraq belə söyləmişdi.

«Soyuz»da yaranmış yırtıq avqustda aşkarlanıb. O sonradan düzəldilib. Stansiya üçün təhlükə olmadığı bildirilir. Roqozin sentyabrda demişdi ki, yırtıq hələ Yerdə ikən texniki səhv nəticəsində yaranıb. Ancaq daha sonra onu ABŞ astronavtlarının etməsi haqda versiya ortaya çıxdı. NASA ittihamları rədd edib.

XS
SM
MD
LG