Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:17

'Biz burada dini kəbinlə ailə qurmuşuq...'-Media icmalı


İstanbulun İkitelli səmtinə məskunlaşan naxçıvanlılar
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

İstanbulun İkitelli səmtinə məskunlaşan naxçıvanlılar (2013)

Xarici ticarət, yol qəzaları zamanı sığorta, Azərbaycandan gedib Türkiyədə sənədsiz yaşayan insanların taleyi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Azərbaycandan gedib Türkiyədə sənədsiz yaşayanlar

«Yeni Müsavat» qəzetində «Türkiyədə sənədsiz yaşayan azərbaycanlılar-Diaspor Komitəsi hərəkətə keçdi» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, hazırda Türkiyədə işləmək, yaşamaq və digər müxtəlif səbəblərlə gələn milyonlarla xarici vətəndaş məskunlaşıb.

«Onların arasında azərbaycanlılar da var və çoxluq təşkil edir», - deyə müəllif vurğulayır.

Müəllif Azərbaycandan gedən həmin insanların da bəziləri ilə tanış olub: «1990-cı illərin əvvəllərində Türkiyəyə köç etmiş bu insanların sənədlərinin etibarlılıq müddəti bitdiyi üçün onlar yaşadıqları yerdə bir çox hüquqlardan məhrum olub. Azərbaycan vətəndaşlığını itirən və Türkiyə vətəndaşlığı da ala bilməyən bu şəxslər etibarsız kimlik sənədləriylə gəzirlər».

Yazıda bildirilir ki, həmin insanların uşaqları isə tamamilə sənədsiz yaşadığından təhsil almaqdan məhrumdurlar: «Bu şəxslər, eyni zamanda, nikah qeydi, iş müqaviləsi və bank əməliyyatlarını edə bilmir. Onlar həmçinin, pensiya haqlarından faydalana bilmir, hər hansı təsirə məruz qalanda da polis bölməsinə şikayət etməkdən çəkinir və qorxduqları üçün zamanla problemləri daha da artır».

Yazıda daha sonra da belə insanların ayrılıqda taleyindən bəhs edilir. Türkiyəyə 2011-ci ildə anasının yanına getdiyini bildirən Sədai Nəcəfli qəzetə bunları deyib: «Biz burada dini kəbinlə ailə qurmuşuq. İki övladım var, rəsmi nikaha girə bilmirik. Azərbaycanın Diaspor Komitəsindən gəlmişdilər, onlarla da danışdıq. Dedik ki, bizim həyatımız çətinləşib. Uşaqlarımızın şəxsiyyətini təsdiq edən sənədləri yoxdur».

O, Türkiyədə başqa bir Azərbaycan vətəndaşı ilə evləndiyini deyib...

Avtobusun qatarla toqquşması
Avtobusun qatarla toqquşması

Yol qəzaları və sığorta sistemi

Modern.az saytında «Bakıdakı ağır qəzada ölənlərin ailəsinə 5 min manat təzminat ödənməlidir, yaralılara isə...» sərlövhəli yazı yer alır.

Yazıda son zamanlar baş verən yol qəzalarından bəhs edilir. Müəllif bu məsələlərlə bağlı ekspert Xəyal Məmmədxanlı ilə sığorta qanunvericiliyini təhlil edib.

«Qanuna görə, Binə qəsəbəsində ağır qəzaya səbəb olan 160 saylı avtobusun icbari sığorta müqaviləsini bağlayan şirkət həlak olan sərnişinlərə 5000 manat təzminat ödəməlidir», - ekspert şərhində belə deyib.

X.Məmmədxanlı vurğulayır ki, icbari sığortalar haqqında qanunda «üçüncü şəxslər» anlayışı var. Sürücünün özü və ailə üzvlərindən başqa nəqliyyat vasitəsində olan sərnişinlər «üçüncü şəxs» sayılır: «Bu isə o deməkdir ki, maşında hər hansı bir qəza olarsa, sürücünün özü və onun ailə üzvlərindən başqa kimsə xəsarət alarsa, nəqliyyat vasitəsində olan hər kəsə ödəniş verilməlidir».

Ekspertin deməsinə görə, ödənişin məbləği həlak olanlara adambaşına ən çox 5000 manatdır. Bir avtomobildən ötrü isə son sığorta həddi 50000 manatdan çox ola bilməz: «Yəni, həlak olanların sayından asılı hər həlak olana 5000 manatdan ödəyəcəklər. Ümumi 50000 manat olacaq. Əgər avtobusda 25 nəfər həlak olsaydı, hərəsinə 2000 manat ödənəcəkdi. Ödəniş ümumi 50000 manatı ötməmək şərti ilə ola bilər...».

Ekspertin deməsinə görə, təkcə həlak olanlara yox, xəsarət alanlara da ödəniş var.

Oktyabrın 1-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində «Daewoo» markalı 160 saylı xətt avtobusu qatarla toqquşub. Nəticədə iki nəfər ölüb, 40-dan çox şəxs xəsarət alıb.

İxrac
İxrac

Azərbaycanın ixrac tərəfdaşları

«Azərbaycan» qəzetində ««Made in Azerbaijan»- tələbat artır, sifariş çoxalır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanda ixracın artırılması, «Made in Azerbaijan» brendi altında qeyri-neft məhsulları istehsalı və ixracının təşviqi iqtisadi islahatların əsas istiqamətlərindən biridir: «Artıq demək olar ki, Azərbaycan brendi dünyada şöhrət qazanır və ixrac coğrafiyası hər keçən gün daha da genişlənir. Xarici ölkələrə təşkil edilən ixrac missiyalarının uğurlu fəaliyyəti sayəsində həm tərəfdaşların sayı, həm də ixrac edilən məhsulların həcmi, çeşidi də çoxalır».

Müəllif bildirir ki, Azərbaycan bu ilin 8 ayı ərzində MDB ölkələrinə 682 milyon 850 min dollar dəyərində məhsul ixrac edib. Bu ölkələrdən Azərbaycana idxal məhsullarının dəyəri 1 milyard 710 milyon 601 min dollar olub.

Müəllifin qeyd etməsinə görə, MDB-də Azərbaycanın ən böyük ticarət tərəfdaşı Rusiyadır. Yazıda vurğulanır ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya yatırıb. Üstəlik, Azərbaycanda Rusiya kapitallı 700-dən çox şirkət fəaliyyət göstərir.

Müəllif bildirir ki, Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyi də məhz Rusiyada yaradılıb: «Görülən işlərin nəticəsi olaraq, 2017-ci ildə Rusiyaya meyvə ixracı 20.9 faiz, tərəvəz ixracı isə 58.4 faiz artıb».

Yazıda sonra da oxuyuruq: «Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya yer alıb. İtaliya ilə ticarət dövriyyəsi 3 milyard 791 milyon 328 min dollar, Türkiyə ilə 2 milyard 85 milyon 896 min dollar, Rusiya ilə isə 1 milyard 477 milyon dollar olub».

Statistika bu ilin 8 ayını əhatə edir.

XS
SM
MD
LG