Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Ən varlı amerikalıların reytinqində lider dəyişdi


C.Bezos
C.Bezos

Elektron ticarət xidməti «Amazon»un yaradıcısı və başçısı Ceff Bezos «Forbes 400»ün reytinqində varlı amerikalıların siyahısına başçılıq edir. 1994-cü ildən indiyədək həmin siyahıda «Microsoft»un yaradıcısı Bill Qeyts birinciliyi əldən vermirdi.

Bununla yanaşı, Bezos 2018-ci ildə dünyanın ən varlı adamı kimi tanınıb. Onun sərvəti 160 milyard dollar həcmində qiymətləndirilir. Reytinqin mövcud olduğu dövrdə birinci dəfədir siyahıdakıların birinin var-dövləti 100 milyard dolları ötür.

Daha öncə C.Bezosu «Bloomberg» dünyada ən varlı adam adlandırmışdı. Agentlik onun sərvətinin 150 milyard dolları ötdüyünü bildirmişdi.

«Amazon» «Apple»dan sonra kapitalı trilyon dolları ötmüş ikinci şirkətdir.

«Forbes 400» reytinqində gəlirlərin artmasına görə ən yaxşı nəticə Twitter-in başçısı Cek Dorsiyə məxsusdur. Onun bir ildə gəliri 186 faiz artıb və 6 milyard dolları ötüb.

Ən pis nəticə Corc Sorosa aiddir. Onun sərvəti 23 milyard dollardan 8 milyard dollara düşüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG