Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Parlamentdə İraqdakı Azərbaycan vətəndaşlarından danışıldı


"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

"Arvadım İŞİD-ə qoşulub"

«İraqda olan azərbaycanlıların ölkəyə qaytarılması asan olmayan və ağrılı məsələdir. Bununla bağlı müxtəlif məlumatlar gəlir. Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bir neçə dəfə öz yaxın qohumlarının uşaqları İraqda olan insanların qəbulu zamanı konkret faktlarla bağlı məlumatlar almışıq. Komitəyə edilən çoxsaylı müraciətləri müvafiq orqanlara ünvanlamışıq. Aldığımız cavablardan da bəllidir ki, bu iş davam etdirilir, hökumətlərarası münasibətlərlə tənzimlənir».

«Report» xəbər verir ki, bunu bu gün, oktyabrın 3-də Milli Məclisdə İnsan hüquqları komitəsinin iclasında parlament sədrinin müavini (komitənin sədri) Bahar Muradova deyib.

B.Muradova vurğulayıb ki, Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda bu şəkildə əzab-əziyyətə düçar olması ilə barışa bilməz: «Ölkəmiz özünün imkanları çərçivəsində nəticəyə hesablanan fəaliyyət aparır və arzu edək ki, bu fəaliyyət səmərəsini versin».

Xatırlatma

Ötən ilin sentyabrında İraqın İŞİD-dən azad olan ərazilərindəki sığınacaqlarda Azərbaycan əsilli uşaqların olması üzə çıxmışdı. Onlardan Abdulla adlı uşaq Azərbaycana gətirilərək babasına təhvil verilmişdi.

Dövlət Təhlükəsizliyi Xidmətindən də bildirilmişdi ki, son 5 ildə Azərbaycandan İŞİD sıralarına 900-a qədər şəxs qoşulub. Onlardan 151 nəfəri Azərbaycan qayıtdıqdan sonra mühakimə edilib.

Ötən ilin sonlarında xarici işlər naziri Elmar Məmmədyarov İraqda saxlanan Azərbaycan əsilli uşaqların, qadınların işi ilə Xarici İşlər, Daxili İşlər nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məşğul olduğunu bildirmişdi.

İraqdakı sığınacaqlarda hazırda 100-dən çox Azərbaycan vətəndaşı olan qadın və uşaqların saxlandığı bildirilir.

XS
SM
MD
LG