Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:23

Putin ‘etirazlar doğuran pensiya qanununu’ imzalayıb


Sentyabr ayında penisya yaşının artırılmasına etiraz olaraq keçirilmiş aksiyalardan birində
Sentyabr ayında penisya yaşının artırılmasına etiraz olaraq keçirilmiş aksiyalardan birində

Kreml bildirir ki, Rusiya prezidenti Vladimir Putin ölkədə pensiya yaşının 5 il artırılmasını nəzərdə tutan qeyri-populyar qanunu imlzalayıb.

Bu bəyanat oktyabrın 3-də Rusiya parlamentinin üst palatası – Federasiya Şurası sözü gedən qanunu 149 leyhinə, 5 əleyhinə nisbəti ilə qəbul edəndən bir neçə saat sonra verilib. Üç nəfər bitərəf qalıb.

Sentyabrın sonlarında parlamentin alt palatası – Dövlət Duması pensiya islahatı haqqında qanunu Putinin təklifi ilə birlikdə qəbul etmişdi. Putin qadınlar üçün pensiya yaşının qanun layihəsində nəzərdə tutulduğu kimi 7 il deyil, 5 il artırılmasını təklif etmişdi.

Qanuna görə kişilər üçün pensiya yaşı tədricən artırılaraq 60-dan 65-ə, qadınlar üçünsə 55-dən 60-a çatdırılmalıdır.

Bu qanun layihəsi Putin dördüncü müddət prezidentlik üçün and içdikdən bir ay sonra təqdim olunmuşdu. Konstitusiyaya görə bu, Putinin sonuncu prezidentlik müddəti olmalıdır.

Putin və onun hökuməti əvvəlki illərdə bu kimi qeyri-populyar tədbirlərin görülməsindən çəkinirdi.

Ötən iyun ayında Dmitry Medvedev pensiya yaşının artırılmasına dair qanunvericilik planlarının olduğunu elan edəndən sonra Rusiya boyunca buna qarşı etiraz aksiyalarının dalğası başlanmışdı.

Putin nəhayət vəziyyətə müdaxilə edərək avqustun 29-da çıxış etmiş, qadınlar üçün pensiya yaşının qanun layihəsində olduğu kimi 63 yox, 60 yaş olmasını təklif etmişdi.

***

Prezident düzəlişindən sonra pensiya islahatı dövlət üçün mənfi maliyyə nəticəsi verəcək, - Rusiyanın dövlət başçısı Vladimir Putin oktyabrın 2-də hökumətin toplantısında deyib. Onun sözlərinə görə, hökumət bu dəyişiklikləri maliyyələşdirməkdən ötrü vəsait tapmalıdır. Məlumatı RBK yayıb.

Putin deyib ki, hökumət pensiya islahatlarının planlaşdırılması zamanı bu tədbirlər sayəsində bir neçə ilə müsbət maliyyə nəticəsinə ümid edirmiş, ancaq prezident düzəlişlərindən sonra heç bir gəlir əldə edilməyəcəyi bəlli olub.

«Əksinə hökumət prezident düzəlişlərini maliyyələşdirməlidir», - Putin bildirib.

Hökumətin ilkin planlaşdırmasına görə, islahat büdcə sistemi üçün 2024-cü ilə qədər neytral olmalı idi. Yəni təqaüd yaşının artırılması nəticəsində edilən qənaət pensiyaların artımına imkan yaratmalı idi.

RBK qeyd edir ki, Putinin etdiyi düzəlişlər potensial qənaəti 6 ildə 500 milyard rubl ixtisar edib. Yaşa görə pensiyaların 20 min rubladək artırılmasına isə istənilən halda 3 trilyon rubl tələb olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG