Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Ekspert: Bakının avtobusları bir quruma tabe edilməlidir


Ermənistanda parlament seçkisi təyin edildi
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Ermənistanda parlament seçkisi təyin edildi

Daxili İşlər Nazirliyinin oktyabrın 2-nə olan açıqlamasına görə Bakıda, Binə qəsəbəsində baş verən qəzada ölənlərin sayı 2-yə çatıb. 40 nəfər də yaralanıb. Oktyabrın 1-də 160 saylı avtobusun qatarla toqquşmasının səbəbləri ilə bağlı müxtəlif versiyalar səslənir.

Rəsmi məlumata görə sürücü, 35 yaşlı Əlixan Şirəliyev avtobusu keçiddə hərəkətdə olan elektrovoza vurub.

Yerli media yazır ki, Əlixan Şirəliyevin bundan öncə də ölümlə nəticələnən avtomobil qəzasına görə həbs edilibmiş. Amma biz sürücünün nə vəkili, nə də ailə üzvləri ilə danışıb, səslənən iddialara münasibətini öyrənə bilmədik.

Oktyabrın 2-də sosial şəbəkələrdə qəza anının müşahidə kamerası ilə çəkilmiş videosu yayılıb. Videonu izləyən fəallar qeyd edirlər ki, qatar yaxınlaşmazdan bir neçə dəqiqə öncə yollar bağlanmalı idi. Amma bu hadisədə maşınların dəmir yoluna yaxınlaşması ilə, qatarın peyda olması eyni anda baş verir.

Bu qəza həm də onu üzə çıxardı ki, hadisə yerindən 3-4 kilometr aralıda - Binə sovxozu deyilən ərazinin sakinləri 2 ilidir hökumət qurumlarına müraciət edirlər ki, bu yolda təhlükəsizlik tədbirləri görülməyib, piyada keçidləri, yol nişanları yoxdur. Sakinlərsə deyirlər ki, vaxtında addımlar atılsaydı bəlkə bu qəza da baş verməzdi.

Bakı şəhər Baş Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov bildirir ki, yol polisi qayda pozuntusu baş verəndən sonra hadisəyə müdaxilə edə bilir.

Baş vermiş qəza ilə bağlı nə Bakı Nəqliyyat Agentliyi, nə də 160 saylı avtobusun sahibi olan şirkətin təmsilçiləri ilə danışa bilmədik.

Real Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli düşünür ki, bu qəza Azərbaycanda nəqliyat sisteminin yarıtmaz vəziyyətdə olmasının nəticəsidir:

“O vaxtkı məzənnə ilə 110 milyon manat vəsait xərcləndi və nəqliyyatın intellektual idarəedilməsi sistemi quruldu. Amma bu günə qədər biz bunun effektini görmürük. Əslində bu tipli qəzaları önləyici faktor məhz nəqliyyatın intellektual idarəetmə sistemi olmalı idi. Bunun Bakı şəhərində adı var amma özü yoxdur. Digər məsələ sürücülük vəsiqələrinin alınması ilə bağlıdır”.

Natiq Cəfərli təəssülə bildirir ki, hər dəfə bu cür qəzalar baş verəndən sonra müəyyən kosmetik islahatlar görüntüsü yaradılır. Amma bir müddətdən sonra əvvəlki vəziyyət bərpa olur.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, Azərbaycanda yol qəzaları ən çox kimin ucbatından baş verir?
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Bu problem illərdir gündəmdən düşmür. Hər dəfə böyük qəzadan sonra rəsmilər bildirirlər ki, ictimai nəqliyyatdakı problemləri həll etmək üçün xüsusi təlimlərdən keçmiş sürücülər işə götürülür, avtobuslarda gediş haqqının kart sisteminə keçidi təmin edilir, bu sahədə islahatlar gələcəkdə də davam edəcək. Lakin hələlik yeniliklər yalnız Bakıda nəqliyyat xidməti göstərən şirkətlərdən birində - Baku-Bus-da tətbiq edilir.

Real Pariyasının icra katibi Natiq Cəfərli ictimai nəqliyyatda qəzaların qarşısını almaq, digər çatışmazlıqları aradan qaldırmaq üçün bütün nəqliyyatın bir sistemdən idarə olunmasını təklif edir. Onun fikrincə, bunun üçün böyük şəhər bələdiyyəsi qurulmalı və sistem bir mərkəzdən idarə olunmalıdır. Əks halda ictimai nəqliyyatda təhlükəsizliyə təminat olmayacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG