Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 22:45

Dağlıq ərazilərdə yağış gözlənir


Yağış

Oktyabrın 3-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı ehtimal edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 16-19, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti proqnozlaşdırılır.

Oktyabrın 3-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG