Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:32

Jurnalistin qətli 'sifarişli' olub


Y.Kutsiyak və onun nişanlısı öz evində güllələniblər.
Y.Kutsiyak və onun nişanlısı öz evində güllələniblər.

Jurnalist Yan Kutsiyakın qətli sifarişli olub. Bu barədə Slovakiya prokurorluğu oktyabrın 1-də bəyan edib. Sifarişçinin onun qətlinə 70 min avro ödədiyi, bu məbləğin 50 mininin nağd verildiyi, yerdə qalanının qətlin icraçısının borcundan silindiyi deyilir.

Prokurorluq qətli törətməkdə şübhəli bilinən Tomaş S.-ya pulu 44-yaşlı sahibkar Alena J.-nın verdiyini bildirir. Həmin pulun haradan əldə olunması haqda heç nə deyilmir. Kutsiyak ailəsinin vəkili Daniel Lipsits pulu qatilə verən qadının vasitəçi olduğunu güman edir, bu haqda Aktuality.sk yazır.

Slovakiya prokurorluğunun məlumatına görə, bu işlə bağlı sentyabrın 27-də saxlanılan 4 nəfər qətlin iştirakçılarıdır. Məhkəmə onları həbsə göndərib.

Y.Kutsiyak və onun nişanlısı bu il fevralın 25-də öz evində güllələniblər. Jurnalist ölümündən öncə Slovakiya baş naziri Robert Fitsonun mafiya ilə yaxın olduğu deyilən italyan sahibkarlarla əlaqələrini araşdırırmış.

Bu qətl ölkədə etirazlar doğurub və nəticədə R.Fitsonun, onun iki köməkçisinin, daxili işlər və mədəniyyət nazirlərinin istefasına səbəb olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG